Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək
19.01.12 02:47

19 yanvar 2012-ci il tarixdə Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan “açıq qapı” günü keçiriləcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sabah saat 19:00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanan “Xəcalət” tamaşası nümayiş olunacaq. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Səyavuş Kərimi olan tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu oynayacaqlar. Qeyd edək ki, tamaşaya giriş pulsuzdur.
URL / WWW
http://kelam.az/article/a-5665.html