Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Batan İtaliya gəmisinin kapitanı ev dustağı edilib
18.01.12 20:47

Qayalara çırpılmaqla batan İtaliya gəmisinin kapitanı azadlığa buraxılsa da, ev dustağı edilib. Kapitan Françesko Skettino insan ölümünə və gəmisini tərk etməyə görə başlanmış istintaqa cəlb olunub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, yanvarın 13-də dənizdə kruiz gəmisi batmağa başlayıb. Qəzada 11 adamın öldüyü deyilir, 20-dən çox adam axtarışdadır. Françesko Skettinonun vəkili deyib ki, o, 4200 sərnişini daşıyan və qayalara dəyəndən sonra korpusu dağılan gəmini tərk etməsi ilə bağlı ittihamı rədd edir. İtaliya mətbuatı isə dəniz sahil mühafizəçilərinin qəzadan sonra kapitana xilasetmə qayığını tərk edib öz gəmisinə qayıtmasını dəfələrlə göstəriş verməsinin əks olunduğu qeydləri yayımlayıblar.
URL / WWW
http://kelam.az/article/a-5663.html