Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sergey Lavrov: Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil
19.01.12 01:47

Moskva ilə Bakı arasında Qəbələ RLS-nin statusu ilə bağlı prinsipial fikir ayrılığı mövcud deyil. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. Qeyd edək ki, bir sıra KİV-lər iddia etmişdilər ki, Qəbələ RLS ilə bağlı yaranmış problem üzündən ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Erik Rubin Bakıya gəlir. «O ki qaldı Qəbələ RLS-ə, yaxın günlərdə bizim hərbi nümayəndə heyətləri arasında danışıqlar davam etdiriləcək. Mənim bildiyimə görə, orada söhbət icarə haqqının parametrləri ilə bağlıdır, yəni prinsipial problemlər mövcud deyil, sadəcə, onlar razılaşmalıdırlar» - deyə rusiyalı nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5659.html