Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Moldovanın baş nazirini qəbul edib
19.01.12 02:47

Prezident İlham Əliyev bu gün Moldovanın baş naziri Vladimir Filatı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Moldovanın baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən prezident İlham Əliyev yeni mərhələdə münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.Azərbaycan ilə Moldova arasında münasibətlərin həmişə dostluq prinsiplərinə əsaslandığını deyən baş nazir Vladimir Filat ölkələrimizin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Baş nazir ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinə yaxşı imkan yaradacaq.
URL / WWW
http://kelam.az/article/a-5658.html