Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanda ömürlük məhbuslar aclığa başladılar
18.01.12 02:25

«Nubareşen» islah-əmək müəssisəsində 20-yə yaxın ömürlük həbs cəzası almış məhbus aclığa başlayıb. «KƏLAMİNFO» «Qraparak» qəzetinə istinadən xəbər verir ki, onlar aclıq aksiyasından əvvəl Ermənistan prezidentinə, AŞ rəhbərliyi və Qızıl Xaçın nümayəndəliyinə tələblərinin əks olunduğu məktub yollayıblar. Onların tələbi budur ki, prezident onlara baş çəkib fikirlərini dinləsin. Ömürlük məhbuslar onların barələrində çıxarılan qərarlara yenidən baxılmasını və cəzalarının 15-20 ilə qədər azaldılmasını istəyirlər. Məhbuslar son aylar müvafiq instansiyalara çoxsaylı məktublar göndərsələr də, nəticəsiz qalıb. Bu da onların sonda radikal addım atmalarına səbəb olub. Onlar bildiriblər ki, əgər tələbləri nəticəsiz qalarsa, əlavə 20 məhbus da onlara qoşulacaq. Eyni zamanda, tələbləri yerinə yetirilməyənə qədər aclığı davam etdirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5657.html