Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İraq parlamentinin komitə sədri: “Qapılarımız Azərbaycanlı iş adamlarının üzünə daima açıqdır”
17.01.12 20:25

“Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam əl Hamidu bildirib. O qeyd edib ki, Azərbaycanın yaşadığı problemlərdən dolayı İraq daima Azərbaycanın yanındadır. Bu yaxınlarda Kərbəlaya səfər edən Azərbaycanlı zəvvarların səfərinə toxunan əl Hamidu bildirib ki, ildən-ilə İraqdakı müqəddəs yerlərə ziyarət edən Azərbaycanlı zəvvarlarıın sayının artması onları sevindirir. O bildirib ki, İraq Azərbaycandan bu kimi səfərlərin daha da çox olmasını arzulayır. “Bakıya səfərimizin əsas məqsədlərindən biri iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək, rəsmi və ya qeyri-rəsmi əlaqələrin daha da güclənməsinə xidmət edir.Biz çox istərdik ki, azərbaycanlı iş adamlarının İraqa investisiya qoyuluşları çoxalsın. Bizim qapılarımız Azərbaycanlı iş adamlarının üzünə daima açıqdır” - deyə əl Hamidu vurğulayıb. Qeyd edək ki, İraq parlamentinin nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Xatırladaq ki, qonaqların bu gün Milli Məclisdə spiker Oqtay Əsədovla görüşü də planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-5651.html