Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bəşər Əsəd ümumi amnistiya elan edib
16.01.12 21:18

Suriyada ümumi amnistiya elan edilib. “KƏLAMİNFO” xəbər verir ki, rəsmi "SANA" informasiya agentliyinin məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd həbsdə olan antihökumət nümayişlərinin iştirakçıları üçün əfv fərmanı verib. Fərmanda bildirilir ki, “amnistiya 2011-ci il martın 15-dən 2012-ci il yanvarın 15-dək baş verən hadisələr fonunda cinayətlər törətdiyinə görə həbs edilmiş şəxslərə şamil edilir”. Qeyd edək ki, Suriyada antihökumət nümayişlərinin başlanmasının 10-cu ayına təsadüf edən amnistiya bu müddət ərzində elan edilən ilk əfv deyil. Ötən ilin noyabrından indiyədək həbsxanalardan nümayişlər zamanı həbs edilmiş azı 4000 adam əfv edilərək azadlığa buraxılıb.
URL / WWW
http://kelam.az/article/a-5647.html