Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazir müavini: “Elektron hökumət” portalına 15 dövlət qurumunun 60-a yaxın xidməti qoşulub”
16.01.12 21:18

“Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na əsasən, bu günə kimi EHDİS layihəsi çərçivəsində 15 dövlət qurumunun 60-a yaxın elektron xidmətinin “Elektron hökumət” portalına qoşulması təmin edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edilib. Nazir müavini bildirib ki, növbəti ildə bütün dövlət qurumlarının portala qoşulması üçün tədbirlər görülür. “Elektron Hökumət Portalı”nın tezliklə istifadəyə verilməsi planlaşdırılır.“Dövlət qurumlarının elektron hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir”,-deyən İ.Məmmədov bildirib ki, “Elektron hökumət”ə keçid prosesini sürətləndirmək üçün e-hökumət infrastrukturunun və qanunvericilik bazasının inkişaf etdirilməsi işləri intensivləşdiriləcək: “2012-ci ildə bu sahədə daha böyük uğurlar qazanılacağı şübhəsizdir”.
URL / WWW
http://kelam.az/article/a-5646.html