Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Azərbaycanı ötən sərin 80-90-cı illəri ilə müqayisə etmək olmaz”
17.01.12 03:18

“İstənilən halda mən Azərbaycanı ərəb ölkələri səviyyəsində hesab etmirəm, bizi onlarla müqayisə eləmək yersizdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, ərəb ölkələrində baş verən proseslərin bənzəri müəyyən hallarda Rusiya və Qazaxıstanı çıxmaq şərti ilə keçmiş sovet məkanında baş vermir. “Qazaxıstanda cüzi oldu və hələ də məlum olmadı bu nədir. Yəni ərəb inqilablarına oxşar proseslərin başlanğıcıdır, yoxsa fəhlələrin maaşları ödənincə bitəsi olan təsadüfi bir haldır. Nəticəsi də olmadı. Ona görə bizim region haqqında bu kimi fikir yürüdənlər yanılırlar”,-deyə V.Quluzadə vurğulayıb. Politoloq deyib ki, Azərbaycanı ötən əsrin 80-90-cı illəri ilə müqayisə etmək olmaz. “Artıq ölkədə kütləvi şəkildə çoxpartiyalılıq var, müxalif qəzetlər çıxır, xalqın açıq rəy söyləmək imkanı var. Yəni inkişaf var və bunu heç vaxt inkar etmək olmaz. Amma çalışmalıyıq ki, bu inkişaf gətirib bizi çiçəklənən Avropa ölkəsinə çevirsin. Vulqar iğtişaşlar bizim cəmiyyətə xas deyil”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5645.html