Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarındakı saxlanma şəraiti araşdırılıb
17.01.12 02:18

Bu günlərdə Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Müvəkkilin tapşırığına əsasən, Xızı, Siyəzən və Şabran rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına başçəkmələr həyata keçiriblər. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Qrupun üzvləri başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
URL / WWW
http://kelam.az/article/a-5643.html