Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanla Avropa arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayacaq
13.01.12 20:37

Azərbaycan vətəndaşlarının Avropaya asanlıqla səyahət etmələri gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, belə bir addımın atılmasının tezliklə baş verə biləcəyini Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib: “Azərbaycanla Avropa arasında viza rejiminin tezliklə sadələşdirilməsinə dair danışıqları yekunlaşdıracağımıza əminəm. Ümid edirəm ki, o zaman Azərbaycan vətəndaşları Avropaya daha asanlıqla səyahət edə biləcəklər”. Səfir bu istiqamətdə danışıqların fevral ayında başlanılması haqqındakı xəbəri də təsdiqləyib. Viza rejiminin sadələşdirilməsinin Azərbaycan vətəndaşlarının çoxdan gözlədiyi məsələlərdən biri olduğunu bildirən Roland Kobia vurğulayıb ki, bu məsələ ilə bağlı Bakıya gələcək AB nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi haqqında hələlik məlumatı yoxdur.
URL / WWW
http://kelam.az/article/a-5638.html