Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK ali məktəblərin magistratura pilləsinə sənəd qəbulunun vaxtını açıqladı
12.01.12 20:53

Cari tədris ili üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu fevralın əvvəlindən keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, sənəd qəbulunun fevralın sonuna yaxın yekunlaşdırılması planlaşdırılır. “Fevralın sonunda isə magistraturaya qəbul imtahanlarının ilk mərhələsinin keçirilməsi nəzərdə tutulur. İmtahanın ikinci mərhələsi isə iyunun sonunda olacaq, çünki biz gözləməliyik ki, sənəd verənlər ali məktəbin bakalavr pilləsini bitirsinlər”,-deyə N.Babayev vurğulayıb. TQDK sədrinin müavini həmçinin deyib ki, magistraturaya plan yerlərinin sayı da təxminən ötən ilki kimidir. “2011-ci ildə olduğu kimi, bu il də magistratura üçün 5000-dən çox plan yeri ayrılıb”,-deyə o, əlavə edib. N.Babayev deyib ki, Azərbaycanın ali məktəblərində yeni magistr ixtisasları da yaradılıb. “Yeni ixtisasların bəzilərinə bu ildən, bəzilərinə isə növbəti ildən qəbul aparılması planlaşdırılır”,-deyə o bildirib. Qeyd edək ki, magistratura pilləsinə qəbul qaydaları ötən gün açıqlanıb. TQDK bu il magistraturaya sənəd qəbulu zamanı elektron imzanın tətbiqini nəzərdə tutur.
URL / WWW
http://kelam.az/article/a-5631.html