Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov BMT TŞ-nin Somali üzrə iclasında çıxış edib
13.01.12 03:53

“Biz Somalidəki münaqişəli vəziyyətə qayğı və diqqətlə, siyasi, humanitar, təhlükəsizlik problemlərinin həllinə yönəldilmiş kompleks strategiya əsasında bütün dövlətlərin birgə səyləri ilə yanaşmalıyıq.” “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının Somali üzrə iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir Azərbaycanın Somalinin Keçid federal hökumətinə və bu ölkədə Afrika İttifaqının missiyasına çətinliklərin öhdəsindən gəlməsi və təhlükəsiz, sabit, vahid, demokratik millətin yaradılması istiqamətində səylərində dəstəyini ifadə edib. E.Məmmədyarov Somalidə sülhün və milli barışığın əldə olunmasında və bu ölkədə humanitar böhrandan zərər çəkmiş insanların təcili ehtiyaclarının təmin edilməsində İslam Əməkdaşlığı Təşkilatı və onun üzvü olan dövlətlərin səylərini qeyd edib.E.Məmmədyarov vurğulayıb ki, təhlükəsizlik sahəsində nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək olmadan saxlanıla bilməz. O cümlədən missiyanın möhkəmləndirilməsi, onun “yol xəritəsi”nin həyata keçirməsinə verdiyi töhfənin saxlanılması üçün bütün ehtiyatlardan istifadə olunmalıdır. “Biz bu məsələyə dair baş katibin fikrini tamamilə dəstəkləyirik ki, Somaliyə “yol xəritəsi”nin reallaşdırmasında kömək lazımdır. Cari il yanvarın 5-də qəbul olunmuş Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının qərarına və onun BMT Təhlükəsizlik Şurasına müraciətinə əsaslı surətdə baxılmalıdır” - deyə nazir qeyd edib. Somalinin təhlükəsizlik institutlarının bərpasında beynəlxalq dəstəyin vacibliyini vurğulayan nazir deyib ki, biz asimmetrik terror hücumları ilə mübarizə üçün müvafiq hərbi dəstəyin ehtiyacını nəzərə alırıq. “Bizim ölkəmiz razılaşır və təsdiq edir ki, Somalidə humanitar vəziyyət pisləşməkdə davam edir. Azərbaycan Afrika Buynuzu ərazisi regionunda ən zərər çəkmiş ölkə olan Somalidə humanitar böhran ilə mübarizəyə təcili köməyin göstərilməsi ilə bağlı hökumətlərin və beynəlxalq təşkilatların çağırışlarına cavab verib. Azərbaycan bu dəstəyi davam etməyə hazırdır” - deyə E.Məmmədyarov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5629.html