Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Kəmaləddin Heydərov Pakistan səfirini qəbul edib
13.01.12 03:52

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində nazirliyin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib. Bununla yanaşı, Kəmaləddin Heydərov Pakistanın müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib. Səfir də öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib və ötən il Pakistanda baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirib. Səfir, həmçinin hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5628.html