Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək
12.01.12 20:51

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyası yanvarın 15-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Missiyanın tərkibinə Azərbaycan və Türkiyə parlamentlərinin millət vəkilləri, həmçinin TÜRKPA baş katibinin rəhbərliyi altında Katibliyin əməkdaşlarından ibarət nümayəndə heyəti daxildir. TÜRKPA müşahidəçilər missiyası seçkiqabağı hazırlıq prosesini və seçkiləri Almatı şəhərində izləyəcək. Səfər çərçivəsində müşahidəçilərin Almatı Şəhər Akimatının (İcra Hakimiyyətinin) başçısı, “Nur Otan” və “Ak Jol” partiyaların nümayəndələri ilə görüşünün keçiriləcəyi də nəzərdə tutulubQazaxıstanın Mərkəzi Seçki Komissiyasında 8 partiyadan 386 namizəd qeydiyyatdan keçib. Müşahidəçilər seçki günü Almatı şəhərinin seçki məntəqələrində olacaq, orada səsvermənin müxtəlif mərhələlərini izləyəcəklər. Növbədənkənar parlament seçkilərindən sonra TÜRKPA müşahidəçilər missiyasının seçkilərin nəticələrinə dair yekun rəyi keçirilməsi nəzərdə tutulan mətbuat konfransında ictimaiyyətin diqqətinə çatdırılacaq. Bu, TÜRKPA-nın sayca 6-cı seçki müşahidəsi olacaq.
URL / WWW
http://kelam.az/article/a-5627.html