Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Sahə” bədii filmi Hindistana gedəcək
12.01.12 14:22

Sabah Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune Film Festivalı start götürəcək. “KƏLAMİNFO”nun xəbərinə görə, bu festivalda ölkəmizi “Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi təmsil edəcək. Kinostudiyadan verilən məlumata görə, “Sahə” kinofestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq. Kinofestival Puna Film Fondu və Maxaraştra ştatının hökuməti tərəfindən təşkil olunub. Müsabiqə çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdiriləcək. Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələri əhatə edən müsabiqənin əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardımçı olmaq, həmçinin dünya xalqları arasında əməkdaşlığın və dostluğun inkişafına zəmin yaratmaqdır. Bir sıra festivallarda uğura imza atan “Sahə” bu festivalda da uğura iddialıdır. Xatırladaq ki, “Sahə” bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir. “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olan “Sahə” Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Paşa Bank”ın iştirakı ilə ekran həyatı alıb. Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safatdır. Festival yanvarın 19-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-5626.html