Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranda nüvə proqramı ilə məşğul olan alim qətlə yetirilib
12.01.12 14:22

Tehran universitetinin professoru Mostafa Əhmədi Roşan bu gün səhər paytaxtın ətrafındakı şəhərciklərdən birində öldürülüb. «KƏLAMİNFO» «FARS»a istinadən xəbər verir ki, onun maşınına naməlum şəxs bomba qoyub. Professor partlayış nəticəsində ölüb, iki nəfər isə yaralanıb. Artıq bəlli olub ki, professor İsfahan şəhərində uranın zənginləşdirilməsi işləri ilə məşğul olurmuş. Yəni insident onun peşə fəaliyyəti ilə bağlıdır. İranlı şərhçilər bildirir ki, qətl iki il bundan əvvəl öldürülən atom enerjisi üzrə mütəxəssis Məcid Şəhriyarinin öldürülməsi ilə eyni vaxta təsadüf edib. O, 2010-cu il yanvarın 11-də öldürülmüşdü. Son iki ildə İranda nüvə proqramı ilə məşğul olan bir neçə alim qətlə yetirilib. «RBK»-nın məlumatına görə, İranın xüsusi xidmət orqanları bunun arxasında İsrail kəşfiyyatının durduğunu istisna etmirlər.
URL / WWW
http://kelam.az/article/a-5625.html