Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da fizika fənnindən təklif edilmiş test tapşırıqları təhlil olunub
12.01.12 14:22

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-ci ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında fizika fənnindən təklif edilmiş test tapşırıqlarının statistik göstəricilər əsasında elmi-metodiki (A variantı, 26-35 saylı test tapşırıqları) baxımdan təhlili olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Test tapşırıqlarının hər biri çətinlik dərəcəsinə, nominasiyalara görə və məzmun baxımından müzakirə edilib. Seminar iclasında test tapşırıqlarının qəbul proqramına və dərsliklərə uyğun olduğu, ixtisas qrupunun peşə xüsusiyyətləri nəzərə alınmaqla, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiqlənib. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrində fəaliyyət göstərən elmi-metodiki seminarlarda iştirak edən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları ilə bağlı fikir bildirib və təkliflərini veriblər.
URL / WWW
http://kelam.az/article/a-5624.html