Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar Qazaxıstanda növbədənkənar parlament seçkilərini izləyəcəklər
12.01.12 14:22

Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Yanvarın 15-nə təyin olunmuş seçkiləri millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, tədbirin təşkili məsələləri ilə maraqlanacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər yanvarın 18-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5622.html