Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi
09.01.10 02:55

Bu gün Mətbuat Şurasında (MŞ) jurnalistələr arasında Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov bildirdi ki, Azərbaycan mətbuatı sözügedən məsələlərin işıqlandırılmasına daim böyük önəm verib. Qarabağ və Xocalı soyqırımı məsələsinin ictimai yükünün böyük olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, bu baxımdan müsabiqəyə təqdim olunan məqalələr peşəkarlıqla yazılmalı və orada əks olunan faktların dəqiqliyi nəzərə alınmalıdır. MŞ-yə təqdim olunan məqalələrin 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini söyləyən Ə.Amaşov qalib olan məqalələrin bir neçə dildə kitab şəklində çap olunaraq beynəlxalq əlamə çıxarılacağını vurğuladı. “Azərsun” Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin bölmə rəisi Afiq Səfərov isə bildirdi ki, hər il təmsil etdiyi qurum bu mövzularla əlaqədar 10-a yaxın kitabın hazırlanmasını maliyyələşdirir. O, məqalələrin yüksək peşəkarlıqla hazırlanmasının vacib olduğunu da diqqətə çatdırdı. Qeyd edək ki, MŞ və Xocalı Soyqırımını Tanıtım İctimai Birliyinin təşəbbüsü ilə elan edilən müsabiqə “Azərsun” Holdinqin dəstəyi ilə reallaşır. Müsabiqədə 1-ci yerə 1 nəfər üçün 1000, 2 yerə 2 nəfər üçün 650, üçüncü yerə isə 3 nəfər üçün 300 manat pul mükafatı nəzərdə tutulub. Jurnalist təşkilatında çalışmayan 1 nəfərin araşdırma məqaləsi üçün isə əlavə 500 manat təyin olunub. Məqalələrin təqdim olunması isə fevralın 5-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-562.html