Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xələf Xələfov: Ermənistan beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam edir
11.01.12 00:28

Xarici işlər nazirinin müavini Xələf Xələfov Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanervanın başçılıq etdiyi Finlandiya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, X.Xələfov Azərbaycanla Finlandiya arasındakı münasibətlərin hələ SSRİ dövründə inkişaf etdiyini və xüsusilə də Azərbaycanın müstəqillik illəri dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunun, xüsusilə də parlament diplomatiyasının əhəmiyyətini qeyd edən nazir müavini Finlandiyalı parlamentarilərin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə töhvə verəcəyinə əmin olduğunu qeyd edib.Finlandiyalı deputat Azərbaycana səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və səfərin proqramının zəngin olduğunu vurğulayıb. Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyi, böyük iqtisadi imkanlara malik olduğu və beynəlxalq arenada özünəməxsus yer tutduğunu vurğulayan Finlandiyalı qonaq Azərbaycanın onun ölkəsi üçün həm ikitərəfli baxımdan, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından maraq kəsb edən ölkə olduğunu vurğulayıb. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən X.Xələfov ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin lazımi nəticə vermədiyini və Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi ilə yanaşı, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz doğma yerlərinə hələ də qayıda bilmədiklərini vurğulayıb. Münaqişənin həll olunmamış qalmasının bütün regionun stabilliyinə və inkişafına mane olduğunu bildirən X.Xələfov, Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam etdiyini, danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu bildirib. O ATƏT-in Minsk qrupunun buna göz yummasının yolverilməz olduğunu qeyd edib. Xarici işlər nazirinin müavini müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsi və dövlətlərin ərazilərinin işğal edilməsinin qəbul edilməz olduğunu bir daha vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5613.html