Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Əziz Pünhan. Mərsiyələr
10.01.12 16:18

Əhli məclis Kufədə üz verdi möhnət Zeynəbə
Etdi əmma əhli aləm cümlə hörmət Zeynəbə
Çün səri şahı cəhanə vurdulər zərbətu kin
Oldu vəxti-rehləti məlum Əmiril möminin Cəm olublar yasinə insu məlaik muslimin
Ali Haşim sərbəsər etdi inayət Zeynəbə Nə cəlal ilən verüb qüslin ediblər həm kəfən
Qaim oldular namaza həm Hüseynü, həm Həsən Məclisi hüzn düzəldi neçə min əhli-həzən
Məryəmu Saravu Həvva etdi xidmət Zeynəbə Əhli Kufə cümləsi rəxtu siyahpuş oldular
Va Əliyya naləsindən xəlq bihuş oldular Ənbiyavu ovliya cümlə qarapuş oldular
Həm mələklər nöhsəma etdilər hörmət Zeynəbə Əhli məclis yadıma bir Zeynəbu nalan gəlir
Neynəvadə xeymələri büsbütün talan gəlir Əhli-beytin qızları xatirimə qiryan gəlir
Burda üz verdi Xudaya neçə töhmət Zeynəbə. Çün Hüseynə izni meydan verdi binti Mustafa
Gül boğazindən öpüb söylədi məhlən ya Əxa Tapşırıbdır çün anam Zəhra Hüseynə et vəfa
Üz verib təll üstə min dərya müsibət Zeynəbə. Çox çətindir yeddi qardaş nəşini bir kəs görə
Qırxa yaxın övrət içrə Abidi bikəs görə
Həm o bimarı od içrə nasirə möhtac görə
Necə təsir eyləyər bu qəmli zəhmət Zeynəbə.
Ravi söylər çün Hüseyni saldılar atdan yerə
Leşkəri udvan mələx tək cəm olublar ol yerə
Gördü Zeynəb öldürüllər qardaşın nahaq yerə
Dözməyib təll üstə üz verdi cu qəşvət Zeynəbə.
Qəşvədən bidar olub imdada bir yavər gəlir
Əl başında xahişə yalvarmağa bisər gəlir
Səslənir öldürməyin fəryada Peyəmbər gəlir
Nə rəvadur şiələr beylə şikayət Zeynəbə.
İbni Sədu bihəya hiyləvu əmdən ağladı
Bir tərəfdən hökm verdi əhli-beyti dağladı
Söz ilə nəhy eylədi əllə işarə bağladı
Bu işarə annadıb hökmü zəbahət Zeynəbə
Ol zaman baxdı Hüseyn bacısının əhvalınə
Söylədi bacı qayıt get xeyməgahın səmtinə
Ya mənim gözümü bağla ya də Zəhra xətrinə
Etginən hörmət bu qovm etməzlə hörmət Zeynəbə.
Ey Əziz Pünhan dəxi yazma yarımçıq qoy qala
Bu noxustin mərsiyədə qoyma dilimiz təng ola
Mərqədu şeşguşə bu hüzzarə bir vəqt qism ola
Aglayaq təskin verək həm sərsəlamət Zeynəbə.
Qaldı səndə bu bədənlər çün əmanət Kərbəla
Ol əmin ol canları saxla səlamət Kərbəla
Nuri-çeşmi-Fatimə indi sənə mehmanudur
İtrəti-Şiri-Xuda ğəmdən təmam giryanudur
Kövsərin saqiləri gör bir necə ətşanudur
Hörmətu mehmandu bu yoxsa xəyanət Kərbəla.
Şühadələr düzülüb mina kimi qurbangəhə
Seyl edibdu qanları dərya kimi qətlgəhə
Qan içində hər biri bənzərlər çün ğursməhə
Gecələr olma soyuq gündüz hərarət Kərbəla.
Ol Hüseyndür canını naz ilə bəslərdi Rəsul
Ol boğazın dəmbədəm busə edərdi ol Rəsul
Can kimi nazın çəkərdi Fatimə Zəhra bətül
İndi yer üstə düşüb cismi cərahət Kərbəla.
Rumi söylər var idim bir məclisi uzmada mən
Daxil oldu məclisə şahu Hüseynü həm Həsən
Söylədilər cəddacan et gücümüzü imtəhən
Vermədi bu mətləbə cəddi rizayət Kərbəla.
 
Sox lətafətlə buyurdu ey güli reyhanlarım
Hər iküz bir xətt yazın ey tutiyi bülbüllərim
Ta Əli həm Fatimə versin bəha nasirlərim
Çün bu minvalla edib cəddi səlahət Kərbəla. Fatimə gördü ki Cəddi qəlblərin incitməyib Həm Əmiril-möminin xatirlərin sındırmayıb Yeddi mirvari ilə fikirlərin cəlb eyləyib
Cəhd edə hər ikisi ta neçə qismət Kərbəla. Üç ədəd hər ikisi əxz eylədi pur zür ilə
Cəhd edərlər ta birin kim əxz edə bir tur ilə Olmadı razı Xuda əmr eylədi bir şur ilə
Çün bölübdür Cəbrail oldu rizayət Kərbəla. Ol Hüseyni ki Xuda qəlbü dilin incitmədi
Ta neçə yerdə onun xatirini şad eylədi
Əmma bax indi necə bu qom onu xar eylədi. Kəsdirib başın edib əhlin əsarət Kərbəla. Bu qədər dəryayi zülmə etməyiblər iktifa
Nocəvan Əkbərinin başin kəsiblər bi günah
Necə Əkbər xəttu xalindən Ay eylərdi həya
İndi qan üstə düşüb eylər səbahət Kərbəla. Canu sən ey Kərbəla can Əsğəru Şirin zəban
Yaxşı saxla qundağini et ona həm səyəban
Biz gəlincə ol səğirə olginən sən pasiban
Qoyma hulqundan axa qan, et təbabət Kərbəla. Tazə damadi qoyub dəşti bəladə gedirik
Ol yetimi-Muctəbani çün əmanət veririk Noərusin götürüb Şamə tərəf əzm edirik Hicləsi üryan dəvə qanlı pirahən Kərbəla. Mən səni verrəm qəsəm Abbasıvın qollarinə Parçalanmış başına həm məcruh olmuş caninə
Bu Əziz Pünhani tezliklə yetir məqsudinə
Həmçinin qismət eylə Allah, ziyarət Kərbəla. Ruzi-məhşər Şam zülmindən şikayət eylərəm
Qanlı pirahən tutub əldə hekayət eylərəm
Şam yolunda bax nə noi çün var idi silsilə
Başda Bimar Əli daim olub sər silsilə
Bəəd əz on kokəbu ərbə usəralər qol-qola
Bax bu noilə o məhşərdə qiyamət eylərəm.
Daxil ollam məhşərə bir məhşəri-uzma ilə
Üsarə boynunda zəncir ğəllu dü şaxa ilə
Əldə başlar şühədanın hərə bir ğovğa ilə
Hovlu məhşər dövrəsin beylə işarət eylərəm.
 
Dad Gülsümdən o noilə əgər təhzir ola
Abbasın düşmüş qolu Gülsümüdə təsvir ola
Qol, qələm başı kəsilmiş bəs necə məhşur ola Abbasın halıni bir başqa rəvayət eylərəm.
Qasımın toy məclisin ol gündə bərpa eylərəm
Bəxti qara noərusi qarə sərpa eylərəm
Necə toy olduğunu xəlq içrə ehya eylərəm
Əhli məhşər qəlbini gör nə cərahət eylərəm.
Əl-əman Əkbər gələndə hüsni-Peyğəmbər kimi
Kökəbu xalu siyahu danai əzhər kimi
Heyf başın zibh ediblər çün güli əhmər kimi
Əkbərin keyfiyyətin özgə bəyanət eylərəm.
Hovlu məhşər bil çıxar yaddan görəndə
Əsgəri Qundaq içrə oxlanıb ox həm deşibdur həncəri Ucb edərlər ayə insandur bunun karigəri Məndə ol vəxtə durub lənu lianət eylərəm.
Hulq Əsğərə vurulmuş peykanı xatırlaram
Qana batmış qundaq ilə ərsəgahi odlaram Hərmələylə Əsğəri ru-bər cəmaət saxlaram
Xaliğə Əsğər dilindən mən şikayət eylərəm.
Ey Xuda axır necə əfv eyləyim bu şumri mən Kərbəladə etdiyi covri sitəmlə zülmi mən
Saniyən zibhi  Hüseyni həm Əli Əkbəri mən
Zülm ilə başın kəsib zülmin hekayət eylərəm.
Bivəfa ümmət nə zülm etdi sərihən söylərəm
Şam yolunda həm nələr çəkdim təmamən söylərəm Xizəran çübi vuran əllərə zuğu söylərəm
Təksibun ayəsini bir-bir qəraət eylərəm
Çün Hüseyn köynəgini faş eylərəm ol ərsədə
Necə köynək yox səlamət yer əyan ol parçadə
Beylə zülm olmubdu heç qovmu məcusu tərsədə
Ol pirahənlə əhibbaya şəfaət eylərəm.
Şafi ol gündə Hüseyndür ümmətə billah yəğin Zilli-Əbbasu ələm həm bərdu həm xeyru muin
Bu Əziz Pünhan gözün dikmiş o Abbasa yəğin
Qismət olsa onlar ilə həm səhabət eylərəm. * *
Kərbəladə görsənib xeyli əlamət ya Hüseyn
Sən qədəm qoydun ora qopdu qiyamət ya Hüseyn
Dinini dünyaya satmış xeyli nadan sərsəri Qətlini amac edib dünyaya olmuş müştəri
Hər tərəfdən üstünə əzm etdi kafər leşkəri Eyləməkçün dini islamə xəyanət ya Hüseyn.
 
Qundağı meraca getmiş bir kəsə bu əhli kin Kərbəlada etmədi hörmət cəfalar verdi min Tökdü göz yaşın vəfadan ərşə Cibrili-əmin
Bir ağızdan hər mələk etdi tilavət ya Hüseyn.
Bu şəhadət məktəbin ruzi ələstdən həq seçib
Bunca ahvaylı müsibət badəsindən kim içib
Kim sənin tək həqdən ötrü malu canından keçib
Qeyri mümkündür bəşərdə bu cəsarət ya Hüseyn.
Kim sənə cövr eylədi düşdü cəfası dillərə
Əkbərə yarə vuran yarə vurub Peyğəmbərə Abbasın qanın tökən çəkdi qılıncı Heydərə
Sənlə yox, Allah ilə etdi ədavət ya Hüseyn.
Qasımın bircə qarış yer yox bədəndə yarəsiz
Göy üzün almış buludlar Əsğəri məhparəsiz
Əhli-beyt Şami-ğəribanda qaçarlar çarəsiz
Əhli-beytin ki, Peyğəmbərdən əmanət ya Hüseyn.
Ol zaman ki, Zeynəb ilə Şamə üz tutdu qatar
Etdilər toy-bayrami şeytansifətlər harda var
Söyləyər Səccadı məzlum yol boyu bi ixtiyar
Ümmətə qanınla sən verdin şəfaət ya Hüseyn.
Şiələr cümlə sənin eşqinlə eylər iftixar
Hər mühərrəm matəmündə əyləşər şamu nahar
Kaş olaydı bu cavanlar Kərbəladə bavuqar
Göstərəydi hər biri bircür şücaət ya Hüseyn.
Mən Əziz Pünhan sənin eşqində ey sahib liva
Az yaşımdan yazmışam ovsafuvi subhi məsa
Əksik olmaz həşrədək səndən səfa məndən vəfa
Ey şücaət kani, ey qutsi səadət ya Hüseyn.
URL / WWW
http://kelam.az/article/a-5610.html