Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Kərbəla hadisəsi sosial-fəlsəfi yanaşma
10.01.12 16:18

Məhərrəm ayı yaxınlaşanda müsəlman aləmi, xüsusən də şiələr Kərbala vaqiəsini çox yüksək sə-viyyədə qeyd edirlər. Hər yerdə olduğu kimi Azərbaycanda da insanların qan yaddaşına hopan bu hadisənin qeyd olunması sanki vacib bir əməl kimi formalaşmışdır. Məhərrəm ayı daxil olanda İmam Hü-seyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: "Hüseyn və zillət?! Hüsyen heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik". Bu sözlər şəhidlər ağasının - İmam Hüseynin (ə) qanla yazdığı sözlərdirvə Qiyamətə qədər yaşayacaq. Necə ki, yaşayır.
Sovet dönəmində İmam Hüseynə (ə) yas saxlamaq, çəkdiyi müsibətləri xatırlamaq, ağlayıb göz ya-şı tökmək yasaq olduğu halda ata-babalarımız bu ənənəni qorumuş, bu mərasimi gizli də olsa yaşat-mışlar. Şükürlər olsun ki, artıq müstəqillik şəraiti belə yasaqları aradan götürmüş, ölkəmizin bütün məs-cidlərində və ayrı-ayrı təkyələrdə müsəlman bacı və qardaşlarımız bu mərasimi azad şəkildə keçirirlər. İmam Hüseynsevərlər (ə) harda olursa-olsun ona yas tutur, onun və Əhli-Beytinin çəkdiyi zülm və si-təmlərinə kədərlənir, bununla da o böyük müsibətə şərik olurlar.
Müaviyə oğlu Yezidin zülmü o yerə çatdı ki, artıq İmam Hüseyn (ə) öz doğma vətəni Mədinə şəhə-rində yaşaya bilməyib Məkkəyi-mükərrəməyə köçmək məcburiyyətində qaldı. O, bütün əhli-əyalını da özü ilə aparırdı. Mədinə şəhərindən çıxmamışdan qabaq qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktubunda özünün məqsədini - zülm və küfrə qarşı çıxdığını belə bəyan edir: "Dünya əhli bilsin ki, səltənətə yetişməyə çalışan yalançı, üsyançı, dava-dalaşçı, məqampərəst, zalım deyiləm və belə məq-sədlərim də yoxdur. Mən yalnız islah tələb edir, bu yolda qiyam qaldırıram. Mən öz babamın ümməti-ni - müsəlmanları nəhy əz-münkər (pisliklərdən çəkindirmək, yaxşılığa tərəf aparmaq) istəyirəm".
O zaman Muaviyə oğlu Yezid İmam Hüseyn (ə) qarşısında iki tələb qoymuşdu: ya biət, ya hərb. Am-ma İmam Hüseyn (ə) cəddinin şəriətinə daha yaxşı xidmət edə bilərdi. Artıq Məkkə Həcc mərasimi ərə-fəsində idi. Fürsətdən istifadə edən İmam Həcc mərasiminə cəmləşən dünya müsəlmanları ilə görü-şüb, yaranmış vəziyyəti onlara da çatdırmaq istəyirdi. Lakin Yezidin adamları orada - Allah Evində də onu sakit buraxmadılar. Silahları ehram paltarının altında gizlədərək İmamı şəhid etmək üçün məqam gözləyirdilər. Yezidin fitnələrindən duyuq düşən İmam Allah evində qan tökülməsini istəməyərək Qur-ban bayramından iki gün qabaq (Tərviyə günü) qurbanları kəsib "Allah, Sən şahidsən ki, burada da mənə Kəbə əməliyyatını tamamlamağa imkan vermədilər", - deyərək öz adamları ilə birgə Məkkəni tərk etdi. Şəhər və kəndləri arxada qoyan İmam qan tökülmədən vəziyyəti sabitləşdirmək istəyirdi. Lakin Yezidin hökmü qəti idi. O, harda olursa-olsun İmam Hüseyni (ə) ya biətə, ya da hərbə cəlb etmək is-təyirdi. Ən nəhayət, İraq məmləkətində İmam Hüseynin (ə) qoşunu müasirəyə alındı. Döyüşün qaçıl-maz olduğunu görən İmam Kərbala adlı səhrada düşərgə qurmaq məcburiyyətində qaldı. Həmin gün Məhərrəm ayının 2-si idi. Səkkiz gün gecə-gündüz Yezidin sərkərdələri ilə danışıq aparılsa da, müsbət nəticə əldə olunmadı. Artıq Məhərrəm ayının 10-u - Aşura gecəsi idi. Düşmən tərəfi İmam Hüseynin (ə) çadırlarına ox ataraq ucadan "beyət edirsən, yoxsa vuruşacaqsan",-deyə soruşurdular. İmam Hüseyn (ə) vuruşacağını bildirərək səhərə qədər onlardan möhlət istədi. İmam ömrünün sonuncu gecəsini əh-li-əyalı ilə vidalaşmaq və Allah-Təala ilə doyunca razi-niyaz etmək istədi.
Həmin gecə öz səhabələrini bir araya toplayan İmam Hüseyn (ə) onlara getmək və döyüşməmək icazəsi verir: "Onların işi mənimlədir. Mənim isə vəzifəm beyət etməmək, əgər lazım gəlsə bu yolda ölüm olsa belə getməkdir. Siz nə üçün burada qalmalısınız? Gedə bilərsiniz. Onların sizinlə heç bir işi olmayacaq".
Qismətlərində şəhidlik əzəməti olmayanlar gecənin zülmətində gözdən itdilər. Fəqət İmamın yanın-da onu və əqidəsini istəyən əbədi şəhidlik şərbətini dadanlar qaldılar...
Tarixçilər İmam Hüseynin (ə) Mədinədən çıxmasını və vətənini tərk etməsini onun qorxaqlığı kimi təqdim edirdi. Əslində isə belə deyildi. Çünki müdafiə olunan, qorxan şəxs heç vaxt döyüşdən əvvəl öz tərəfdaşlarına "siz gedin, onların işi mənimlədir",-deyə müraciət etməzdi. İmam Hüseyn (ə) isə bu hərəkəti ilə heç də düşmənin yaratdığı nahaq döyüşdən qorxmadığını, əqidə və məslək yolunda lazım gəlsə şəhid olmağa belə hazır olduğunu bildirdi. Təki İslam-cəddinin şəriəti salamat qalsın.
Tarixdə Kərbala hadisəsinə İmam Hüseyn (ə) və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquş-ması kimi baxmaq lazımdır. İmam Hüseyn (ə) haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində. İmam Hüseyn (ə) haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı. Ha-mıya məlum olduğu kimi, tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib. İmam Hüseyn (ə) zülmə qarşı mübari-zə aparır və deyirdi: "Mən cəddimin ümməti arasında islahat aparmaq üçün ayağa qalxmışam və bu mübarizəni qanımın bahası hesabına olsa belə da haqq olduğu üçün davam etdirəcəyəm". Heç şüb-
 
həsiz əgər o həzrət bu mübarizədə geri çəkilsəydi, zülm və zalımlara göz yummuşlardan olar, qəlblər-də müqəddəsliyini heçvəchlə ucalda bilməzdi.
Çoxları Kərbəla vaqeəsini ideya və əqidə carçısı yox, rəyasət və mülkiyyətin savaşı kimi qələmə ve-rirlər. Əgər belə olsaydı, İmam Hüseyn (ə) Yezidin ona təklif etdiyi Yəsrib vilayətini, cəddinin şəhərini - Mədinəni tərk etməz, susuz Kərbəla çölünə getməzdi. Əgər mülkiyyət və rəyasət üstündə mübarizə getsəydi, onlar asanlıqla bölgülərə razılıq verib, aralarında yaranmış problemi həll edərdilər. Lakin bu heç də belə deyildi. Bu mübarizə din və əqidə üzərində qurulmuşdu. İmam Hüseyn (ə) İslamın meya-rı olan imanın rəhbəri, Yezid isə küfrün nümayəndəsi idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi İslam şə-riətini olduğu kimi yaşatmaq istəyirdi. Yezid isə bütpərəstliyi, qumarı, zinanı, şərabxorluq və bu kimi İs-lamın yasaq etdiklərini bərpa etmək istəyində idi. İmam Hüseyn (ə) cəddinin gətirdiyi şəriətin həyatda qalması üçün bütün varından, qardaşlarından, övladlarından keçdi. O deyirdi: "Əgər cəddimin şəriəti mənim ölməyimlə diri qalarsa, ey qılınclar, gəlin məni doğrayın". Bu və bunun timsalında deyilən yüz-lərlə gövhərbar kəlamlar ancaq əqidə və iman savaşından qaynaqlanırdı. Yezid və adamları isə mül-kiyyət bölgüsündə, Rey, Şam və digər ətraf mülklərin uğrunda vuruşurdular...
Kərbəla səfəri zamanı yolüstü çıxışların birində Həzrət İmam Hüseyn (ə) buyurmuşdur: "Əgər bir nə-fər zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan İlahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbərin (s) əmrlərinə itaət etmədiyini xalqla rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə, onu əyri yoldan döndərməyə çalışmasa, Allaha haqqıdır ki, onu da həmin zalımla birlikdə Cəhənnəmə daxil etsin. Beləliklə də, həmin şəxs zalımlar cərgəsində qərartutsun". Göründüyü kimi, İmamın sözün-dən belə məlum olur ki, zalımın zülmünü görə-görə dözüb, onunla mübarizə aparmayan müsəlman deyü, İmam Hüseynə (ə) yas saxlamaq bizlərə Həzrət Muhəmməd Peyğəmbərdən (s) miras qalmışdır. O Həzrət də həyatı boyu baş verəcək bu hadisəni yad edib ağlayırmış. Hətta bir gün qızı Fatimeyi-Zəh-raya belə buyurdu: "Hər kim balam Hüseynə ağlasa, biz Qiyamət günü onun Cənnətə daxil olmasına zaminik". Göründüyü kimi Həzrət Peyğəmbər (s) hələ sağlığında baş verəcək Kərbəla şəhadətinə qiy-mət vermiş və İmam Hüseynə (s) ağlayan qəlblərin Qiyamət günü Cənnətlə mükafatlanacağını bildir-mişdir. Lakin çox təəssüf ki, bəzi hallarda şiələr istisna olmaqla Peyğəmbər (s) dininin davamçıları onun buyruğunu əhəmiyyətsiz bir məsələ kimi qəbul edirlər.
Bəlli olduğu kimi, ağlamaq və gülmək insana xas olan ruhi xüsusiyyətlərdəndir. Müasir tibb elmi təs-diq edir ki, bunların hər hansı birindən məhrum olan kəs ruhi cəhətdən xəstədir. Ağlamağın özünün də növləri var. Bunlardan biri hissi ağlamaqdır ki, onunla başqasının keçirdiyi daxili həyəcanlara, müsibət-lərə şərik olursan. Çünki insan adlı məfhumda hiss və həyəcan mənbəyi olan ürək var. Amma çox təəssüf ki, bəzi müsəlman qardaşlarımızın ürəklərində olan hiss və həyəcan normal insanlardakından çox-çox fərqlidir. Onlardan fərqli olaraq qeyri-müsəlmanların Kərbəla müsibətinə münasibəti bizlər üçün daha əhəmiyyətlidir.
İngilis şərqşünası, professor Edvard Braun Kərbəla hadisəsi ilə bağlı belə yazır: "Görəsən, elə bir şəxs tapılar ki, Kərbəla hadisəsini eşidə, onun ürəyi qəmlə, kədərlə dolmaya?"
Alman professoru Marrbinin fikrincə, müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinin nəticəsidir: "Ona görə ki, İmam Hüseyn (ə) eşqilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz". Alman professorunun sözlərinə diqqətetsək, o, burada bütün müsəlmanları nəzərdə tu-tur. Amma, görəsən, bütün müsəlmanlar İmam Hüseynə (ə) niyə yas saxlamır?
Hindistanın görkəmli dövlət xadimi Mahatma Qandi isə belə demişdir: "Hindistanı xilas etmək istə-yirsinizsə, İmam Hüseyn (ə) yolunu tutun". M.Qandinin necə güclü bir dövlət xadimi olması heç kəsə sirr deyil. O, ölkəsinin xilasını İmam Hüseynin (ə) yolunda axtarırsa, deməli, biz göz yaşlarımızı əbəs yerə axıtmırıq.
Kərbəla hadisəsinə ağlamağın böyük məntiqi və fəlsəfəsi var. İslam alimi Əbdürrəhman Yusifpur bu fəlsəfəni təkcə ağılla yox, həm də qəlbən, böyük bir eşqlə dərk etməyin lazım olduğunu bildirir: "İnsa-nın bir ideyaya bağlılığı həm əqli, həm də hissi cəhətdən olmalıdır. Necə ki, söz və kəlam ağlın təza-hürüdür, göz yaşları da eşqin və məhəbbətin nişanəsidir".
Əlbəttə, çoxları ağlamağı acizliyin əlaməti kimi qələmə verirlər. Çox yerdə bu sözü daha da qüvvət-ləndirmək üçün "kişi ağlamaz" deyirlər. Amma bircə şeyi dərk etmək lazımdır ki, bəli, aciz və naəlac qalan kişi ağlamağla heç bir şey əldə etməz. Lakin bir insan kimi atası, anası, əziz bir adamını itirən-də, əlbəttə, o, ağlamalıdır. Lakin bu ağlamaq onun kişiliyinə heç bir naqislik gətirmir, əksinə, ona şərəf və ləyaqət verir. Deməli, valideynə ağlamaq, göz yaşı tökmək övlad üçün şərəfdir. Mənəvi valideynlər üçün ağlamaq isə insana daha çox şərafət gətirər. İmam Hüseyn (ə) də Peyğəmbərimizin (s) balası-dır, bizim mənəvi atamızdır. Lakin valideynə və mənəvi atalarımıza hönkürtü vurub ağlamaq, şivən qo-parmaq yox, düşünüb dərk edərək zülmün, əsarətin və zillətin müqabilində barışmayaraq etiraz etmək, ağıllı, düşüncəli şəkildə qəlbən göz yaşı tökmək, mənəviyyatımızın saflığı, iman və əqidənin təzahürü-dür.
Bu gün 15 əsr bundan əvvəl Kərbəla səhrasında baş verən qanlı birfaciəni ravilər vasitəsilə eşidən-də narahat oluruqsa, deməli, haqqın, ədalətin zülmə qarşı olduğunu dərk edir və etirazımızı bildiririk. Bütün bunları zaman-zaman ata-babalarımız övladlarına təlqin etmiş, hər il o mövsüm çatanda ona lə-yaqətlə məclis qurmuş, o yolda süfrələr açıb ehsanlar vermiş, bununla o tarixi xalqın qan yaddaşında qoruyub saxlamışlar.
Diqqət edək: 16 il bundan əvvəl mənfur qonşularımız olan erməni separatçılarının Xocalıda törətdik-ləri vəhşilikləri gözlərimizlə görmüşük. Dövri mətbuat, radio, televiziya və bütün kütləvi informasiya va-sitələrinin dönə-dönə bu hadisələri təkrar etmələrinə baxmayaraq, vətəndaşlarımızın böyük əksəriyyə-ti, xüsusən də yeniyetmə və gənclərimiz hadisənin tarixini belə yaddaşlarında saxlaya bilməmişlər. Bəlkə də bundan da artıq söz demək olardı, amma nə edək ki, bu da mənəviyyatımızın xəstəliyi olan unutqanlığımızdır. Gəlin bir anlığa 15 əsrlə 16 ili müqayisə edək. 15 əsr bundan əvvəl baş verən hadi-sənin baş verdiyi tarixi günlər yaxınlaşanda hamı narahatçılıqla toylarını saxlayır, şad və əyləncəli gün-lərini o tarixi hadisəyə görə təxirə salırlar. Bu qan yaddaşını beyinlərimizə köçürən ata-babalarımıza min rəhmət. 16-17 il əvvəl - dünən gözlərimizin önündə baş verən vəhşiliklər, qanlı hadisələr isə artıq unudulmaqdadır. Bəs, bu günün ağsaqqallarına, ideoloqlarına başsız başbilənlərinə hansı duanı tövsi-yə edək...
Deməli, görünür müasir gənclərlə aparılan marifləndirmə ya düzgün, ya da yetərli deyil.
Həzrət Peyğəmbərimizin (s) tövsiyyələrindən bizə çatanlarda belə deyilir. Əgər Şərqdə bir müsəl-mana əziyyət edirlirsə, Qərbdə olan müsəlman heç olmasa onu sözü ilə, hissiyyatı ilə və gücü çatan hər hansı bir əməllə imdad əlini uzatmalıdır...
Amma çox təəssüf ki, bu günlər məhərrəm ayında Fələstində-Qəzzada yaşanan hadisələr nəinki Qərbə, heç Şərqdə yaşayan müsəlmanların tükünü belə tərpətmir. Əgər müsəlman aləmi birləşə bil-səydi, əlbəttə, bu heç də belə olmazdı. İsrailə layiqli cavab verib, tökülən müsəlman qanlarının hesa-bını sorardılar. Və yaxud da belə nahaq qanın tökülməsinə imkan verməzdilər. Deməli, dünyada ikili standartlar hələ də mövcuddur. Qərb dünyası, beynəlxalq təşkilatlar Şərqdə müsəlmanın başına gəti-rilən müsibətlərə hələ də reaksiya vermək istəmir.
Hələ də Dağlıq Qarabağ məsələsinin həlli söz olaraq qalır. Sözdən əmələ keçmək vaxtı deyilmi?!..
URL / WWW
http://kelam.az/article/a-5607.html