Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Kəbə örtüyü necə dəyişdirilir?
10.01.12 16:17

Kəbə örtüyünün tarixi Həzrəti İsmayılın dövrünə gedib çıxır. Din alimlərinin dediyinə görə, ilk dəfə Kəbə üzərinə pərdə salınması təklifi Həzrəti İsmayılın həyat yoldaşından gəlib. Və ilkin planda örtük yalnız Kəbənin qapısı üçün nəzərdə tutulubmuş.

QMİ-nin Şəriət və fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə: "Birinci dəfə onun qapı hissəsinə örtük örtüblər. Sonra Həzrət İsmayıl deyib ki, nə gözəl olar ki, bunun divarına da örtük örtək ki, divar görün-məsin. Yəni bir az bunun vəziyyətini gözəlləşdirək. Öz qəbiləsindən çoxlu yun istehsal elədilər və xü-susi adamlara verdilər ki, onun üçün parça toxusunlar".Həmin parça Kəbənin yalnız 3 hissəsini örtə bilib. Bir hissə isə çılpaq qalıb. Dövrünün rəsmiləri açıq qalan hissəni bir müddət həsirlə örtüblər. Lakin illər keçdikcə Kəbənin örtüyü də dəyişdirilib. Sonradan onun tikilişində hətta qızıl məmulatlarından da istifadə olunub. Ümumiyyətlə Səudiyyə Krallığı Kəbə ilə bağlı bir çox məqamları gizli saxlamağa çalışır. Məsələn Kəbənin yuyulması, onun örtüyünün dəyişdi-rilməsi elə birzamanda aparılır ki, insanlar onu görə bilmirlər. Bu işin görülməsi üçün kralın xüsusi fər-manı da olur. Amma bəzən İlahi, seçilmiş insanlarına bu anı görməyi nəsib edir. Onlardan biri də həm-yerlimiz Hacı Mirəziz Seyidzadədir.
QMİ-nin şəriət və fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə məqsədinin möminlərdə azacıq da olsa anlayış yaratmaq olduğunu deyib: "Bizə nəsib oldu ki, biz bu gözəl gündə - Ərəfə günündə Kəbənin örtüyünün dəyişməsinin şahidi olduq. Nə qədər müyəssər olsa bu bir həvəskar çəkilişi aparırıq. Ümid-varıq inşallah hacılara və xüsusən xalqımıza bu barədə anlayış verə bilərik. Həmçinin biz bu gözəl mə-qamda müsəlmanlar üçün xalqımız üçün, xüsusən də Qarabağın azadlığı üçün dualar elədik".
Kəbə örtüyünü hazırlamaq üçün Səudiyyə Ərəbistanında xüsusi fabrik qurulub. Bu fabrikdə ildə sa-dəcə bir örtük hazırlanır. Pərdə bir ilə tikilir. 120 nəfərin əl ilə hazırladığı pərdə illər sonra belə yararlı-lığını itirmir. 670 kq-lıq ipək sapla toxunan parçaya 150 kiloqram qızıl və gümüş qatılır. Qızıl xüsusən Quran ayələrinin yazılmasında istifadə olunur. Kəbənin örtüyü 16 hissədən ibarətdir. Qapı isə 5 parça-dan ibarət olur. toplam olaraq 658 metr olan örtük hər il yenilənir, əvvəlki örtük isə sərgiyə verilir.
Səudiyyə Kralının əmrinə görə, pərdənin dəyişdirlməsi üçün ən münasib an seçilir. Yəni müqəddəs torpaqda olan insanlar Ərəfat dağında olan zaman örtüyün dəyişdirlməsi münasib sayılır. Çünki bu za-man Kəbə ətrafında insanlar az olur. Bayram günü artıq Ərəfatdan gələn zəvvarlar üçün Kəbə tam ha-zır olur. Bizim Hacı də həmin anda Kəbə ətrafında olub.
Mirəziz Seyidzadə: "Gördü ki, kiçik maşınlar yavaş-yavaş Kəbənin həyətinə daxil oldu. Bunlar kran rolunu oynayır. Görüntüdə göründüyü kimi gördüm ki 5-6 nəfər onun üstünə çıxdı və onları Kəbənin üs-tünə qaldırdılar. Sonra ikinci dəstəni qaldırdılar, hazırlıqlar getdi və təzə pərdəni gətirdilər onu da qal-dırdılar".
Örtük Kəbənin üzərinə bağlı formada qaldırılır. Amma bu zaman da çox diqqətlə davranırlar. Yəni sanki Kəbənin divarlarının görünməzliyini təşkil edirlərvə bununla da elə bil Kəbənin həyasını qoruyur-lar. Bunun üçün məsuliyyətli şəxslər əvvəlcə yeni örtüyü çəkir, tam hazır olandan sonra isə əvvəlki ör-tük yerə buraxılır.
Müqəddəs örtükdən orada olanlara kiçik bir hissə paylanacağını ümid etdiyini deyən Mirəziz Seyid-zadə bunun baş vermədiyini təəssüflə bildirir: "Biz çox səbirsizliklə gözləyirdik, eşitmişdim orda müəy-yən iştirak edənlərə xırda hissələr verilir. Amma gördüm ki, yox belə olmadı. Onu bükdülər tez də apar-dılar. Sonralar onların öz krallığı tərəfindən müəyyən böyük şəxsiyyətlərə onun hissəciklərindən hədiy-yə verirlər".
Beləliklə, bizim Hacının Kəbə tarixində hər il təkrarlanan, nadir zəvvarların şahid olduğu hadisəni iz-ləməsi bizə də sox şeyləri öyrətdi. Ən azından görüntüdə də olsa müqəddəs torpağda baş verən anı gördük və sizə göstərdik, belə demək mümkünsə virtual ziyarət təşkil etdik. Allah qəbul eləsin!


ANS-KƏLAM
URL / WWW
http://kelam.az/article/a-5606.html