Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə ili” elan edib
09.01.12 19:45

TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə ili” elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə ili” elan edilib. Bildirilir ki, hazırda “M.F.Axundzadə ili”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır. Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə ili”nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-5605.html