Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran casusluq ittihamı ilə həbs olunmuş ABŞ vətəndaşını ölümə məhkum edib
09.01.12 19:45

İran məhkəməsi casusluq ittihamı ilə həbs olunmuş İran əsilli ABŞ vətəndaşı Əmir Mirzə Hikmətini ölümə məhkum edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, 28 yaşlı Hikməti televiziya ilə nümayiş etdirilən videoyazıda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini boynuna alıb. Qeyd edək ki, Hikməti ötən ilin dekabrında İrana daxil olarkən yaxalanıb. Onun 2001-ci ildə ABŞ ordusunda xidmətə başladığı və bu müddət ərzində kəşfiyyat təlimi aldığı bildirilir. İrana isə o, Əfqanıstan ərazisindən atılıb. Plana görə, o, əvvəlcə İran xüsusi xidmət orqanlarının etimadını qazanmalı, bundan sonra onlara «faydalı» və «etibarlı» məlumat verməli imiş. Onun qarşısında, həmçinin İranın hərbi strukturlarına daxil olaraq onları dezinformasiya ilə təmin etmək məsələsi də qoyulubmuş. Hikmətinin ABŞ-da alim işləyən atası isə oğlunun MKİ ilə əməkdaşlığını təkzib edib. O bildirib ki, oğlu İrana nənəsinə baş çəkmək üçün gedibmiş.
URL / WWW
http://kelam.az/article/a-5604.html