Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP-ın Balakən rayon təşkilatına sədr seçilib
09.01.12 19:45

Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının IX konfransı keçirilib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, partiyanın rayon təşkilatı İdarə Heyətinin üzvü Azad Balayevin hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən söhbət açılıb. Bildirilib ki, hazırda YAP Balakən rayon təşkilatı 66 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Partiya üzvlərinin sayı isə 3690 nəfərdir. Üzvlərin 61,8 faizini, yəni 2280 nəfərini qadınlar, 31 faizini və ya 1112 nəfərini gənclər təşkil edir. YAP üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.Sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib, məruzə ətrafında çıxışlar olub. Konfransda təşkilati məsələyə baxılıb. Azad Balayev YAP Balakən rayon təşkilatının sədri seçilib. Həmçinin təşkilatın Şurasının, İdarə Heyətinin və nəzarət-təftiş qrupunun üzvləri seçiliblər. Tədbirdə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Aydın Mirzəzadə, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, rayon təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
URL / WWW
http://kelam.az/article/a-5599.html