Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz ola bilər
09.01.12 19:45

20 Yanvar – Milli Matəm Günü ilə bağlı keçiriləcək tədbirlərə “Azərbaycan Dəmir Yolları” QSC də qoşulacaq. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yanvarın 20-də elektrik qatarlarında gediş-gəlişin pulsuz ola biləcəyini bildirib. “KƏLAMİNFO”da olan məlumata görə, N.Əzməmmədov bildirib ki, plan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması ilə bağlı müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutur: “Plana görə, 20 Yanvar qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər isə fit verəcək. Hazırda Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəlişin pulsuz olması məsələsinə baxılır. Bu məsələ nəzərdən keçirilir, pulsuz gediş-gəlişin tətbiqi üçün “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin müvafiq sərəncamı olmalıdır”. Xatırladaq ki, 2011-ci ildə də bu tarixi faciə günündə Abşeronun şəhərətrafı zonalarına elektrik qatarları sərnişinlər üçün saat 06:00-dan 23:00-dək pulsuz işləyib.
URL / WWW
http://kelam.az/article/a-5598.html