Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İnsan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair kitabxanalara tapşırıqlar verilib
10.01.12 02:45

Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması məqsədilə kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu məqsədlə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir. Qeyd edək ki, tapşırıqlar “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.15-ci bəndinə əsasən həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-5595.html