Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib
09.01.12 19:45

Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyinin UP08-07-1-1910/11 saylı qərarına əsasən, Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən veriblər. Sarayevo şəhəri, Muhamed Haciyahiç küçəsi, ¹ 29 hüquqi ünvanında yerləşən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgünerdir. Assosiasiya Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında mədəniyyət, təhsil, iqtisadiyyat, idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məqsədlə müxtəlif görüşlərin, dəyirmi masaların, seminar və s. tədbirlərin təşkilatçılığı, habelə ölkələr arasında hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsi üçün təcrübə və məlumat mübadiləsi ilə məşğul olacaq. Qeyd edək ki, Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası bu ölkədə Azərbaycan ilə əlaqələrin genişləndirilməsi məqsədi ilə qurulmuş ilk və hələlik yeganə təşkilatdır. Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının dövlət qeydiyyatına alınması barədə qərar rəsmi "Službeni glasnik BiH" qəzetində çap olunub.
URL / WWW
http://kelam.az/article/a-5594.html