Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan BMT Təhlükəsizlik Şurasına mayda sədrlik edəcək
10.01.12 02:44

“Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi may ayında edəcək və bunun üçün xüsusi gündəlik tərtib olunacaq”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O qeyd edib ki, gündəlikdə hansı məsələlərin yer alacağı hələ məlum deyil. “BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin hərəsinə bir ay sədrlik etmək imkanı verilir və həmin sədrlik müddətində gündəlik tərtib edilir. Gündəlikdə müəyyən məsələlər irəli sürülür, üzv ölkələr tərəfindən müzakirəyə çıxarılır və sonra da qəbul olunur” - deyə E.Abdullayev vurğulayıb. Onun sözlərinə görə, təşkilatda son brifinqi Cənubi Afrika Respublikasının nümayəndəsi verib: “Brifinqdə Cənubi Sudandakı vəziyyət, uşaqlar və hərbi münaqişə, Darfurda Afrika İttifaqı və BMT-nin birgə fəaliyyət missiyası, Qərbi Afrika üçün BMT ofisi, İraq üçün inkişaf fondu, Kot-Divuarda BMT-nin fəaliyyəti və Liviya kimi məsələlərin nəzərdə tutulduğunu qeyd edib”. XİN rəsmisi deyir ki, Azərbaycan müzakirələrdə fəal iştirak edir. “Azərbaycanın məsələlərə öz yanaşması var. Öz maraqlarımıza uyğun olaraq xarici siyasətimizi həyata keçiririk. Azərbaycan üçün beynəlxalq sülh və təhlükəsizlik prioritetdir və Azərbaycan BMT Nizamnaməsində göstərilən prinsiplərə söykənərək fəaliyyət göstərir. Biz qeyd etdiyimiz məsələlərdə BMT-nin rolunu mühüm hesab edirik” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5593.html