Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şagirdlər və İKT
05.12.11 21:05

Azərbaycan məktəbliləri arasında informasiya texnologiyalarına

marağı artırmaq və bu istiqamətdə kadr potensialını gücləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır. İnformasiya texnologiyalarının təhsil prosesinə tətbiqini genişləndirmək, şagird və muəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək naminə müxtəlif müsabiqələrin keçirilməsi təcrübəsindən istifadə edilir.Qeyd edək ki, ümumiyyətlə müasir dövrdə uşaqlar informasiya texnologiyalarına daha həssasdır və əvvəlki nəsillərdən fərqli olaraq texnoloji mühitdə böyüyürlər. Buna görə də tez-tez şagirdlərin texnologiyalar üzrə biliklərlə hətta muəllimləri belə qabaqlamasının şahidi oluruq. Lakin bu marağı daha da artırmaq və texnologiyaları yetişən nəslin həyatında və karyerasında effektiv inkişaf alətinə çevirmək üçün müxtəlif stimullaşdırıcı metodlardan istifadə etmək lazımdır. Bu metodlar sırasında yarış elementlərini özündə birləşdirən informasiya texnologiyaları üzrə müsabiqələr xüsusi yer tutur. Artıq bu gün Azərbaycanda şagirdlərin iştirakı ilə müxtəlif müsabiqələr keçirilməkdədir. Onların sırasında Sumqayıt şəhər məktəblərində
ənənəvi olaraq keçirilən "Gənc informatiklər" və Təhsil Naçirliyinin təşəbbüsçüsü olduğu "Gənc kompüter istedadları" I Respublika müsabiqəsini misal gətirmək olar. Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin iştirakçısı olan 70 layihədən 42 ən yaxşı iş final mərhələsinə buraxılmışdı.
Şagirdlər üçün stimullaşdırıcı fəaliyyətlərdən biri də ilk dəfə olaraq akademik Zərifə Əliyeva adına məktəbdə "Yay kompüter duşərgəsi"nin təşkil edilməsidir. "Yay computer duşərgəsi" Dövlət Proqramı cərçivəsində Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, "Microsoft" şirkəti və İNFOMAS qeyri-hökumət təşkilatının birgə fəaliyyəti nəticəsində təşkil olunmuşdur. "HP", "ULTRA", PCMagaçine & Mina Group, "British Council" duşərgəyə təşkilati dəstək göstərir. Duşərgənin rəhbəri İKT sahəsində tanınmış alim və muəllim Ramin Mahmudzadə olmuşdur.
"Yay kompüter duşərgəsi"ndə 7-10-cu sinifləri təmsil edən 75 məktəbli iştirak etmişdir.
Duşərgənin yaradılmasında əsas məqsəd yetişən nəsilin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərinin inkişaf etdirilməsi, onlara informatikanın riyazi əsaslarını öyrənmək və informatika sahəsində tədqiqat aparmaq marağının aşılanması, istedadlı gənclərin aşkar olunması və bacarıqlarının inkişafı olmuşdur. Duşərgədə məktəblilər maraqlarından asılı olaraq proqramlaşdırma, veb-hazırlıq, multimedia texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanaları qrupları üzrə fəaliyyət göstərmişlər. Burada məktəblilərə məşğələləri təcrübəli informatika muəllimləri, həmçinin proqramlaşdırma üzrə peşəkar mütəxəssislər keçmişlər. Bundan əlavə, "British Council" təşkilatının trenerləri məktəblilərə ingilis dilinin öyrənilməsi üzrə məşğələlər keçmişlər.


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/article/a-5590.html