Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İslam avtomobili yaradılacaq
07.01.10 20:55

Türkiyə və İran birgə İslam avtomobili yaradacaqlar. KƏLAMİNFO-nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, avtomobilin hazırlanmasına görə İran və Türkiyə nazirləri görüşəcəklər. İranın sənaye və mədən naziri Əli Əkbər Mehrabian və Türkiyənin sənaye və ticarət naziri Nihat Ergünün bu gün masaya oturaraq işi son mərhələyə gətirmələri gözlənilir. Qəzetin məlumatına görə, razılaşmaya əsasən istehsal Türkiyədə həyata keçiriləcək. İllərdir gündəmdə olan və bir çox İslam ölkəsinin daxil olacağı ifadə edilən ortaq avtomobil layihəsinin baş tutması üçün bütün tədbirlər görülür. "Güclərimizi birləşdirsək, dünyanın ən yaxşı nəqliyyat vasitəsini yarada bilərik. Məqsədimiz, insanların İslami qürurlarını qabartmaqdır", - deyə İranlı nazir vurğulayıb. Onun sözlərinə görə, avtomobilin hazırlanması layihəsi gələn ilə qədər tamamlanacaq. Qeyd edək ki, hazırda Samand markası ilə istehsal edilən avtomobillər Türkiyədə də satılır. Samandın Türkiyə distributoru olan MYS Otomotivin baş direktoru Yiğit Seskır uzun müddətdir belə layihə üzərində çalışdıqlarını və avtomobili Türkiyədə istehsal edəcəklərini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-559.html