Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İnformasiya texnologiyaları bolluğu
14.11.11 21:05

İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşını gündəlik həyatda əhatə edən reallıq informasiya texnologiyalarının bolluğu ilə seçilir. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompüter və internet başa düşürdüksə, müasir durumda texnologiyalar müxtəlif səviyyələrdə bizim həyatımızı tamamilə əhatə etmişdir. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır. Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnologiyalara çıxışının təmin edilməsidir. Bunun üçün isə ilk növbədə əhalinin kompüterlərlə təmin edilməsi lazımdır. Məhz kütləvi kompüterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcəkdir.


Milli informasiya
təhlükəsizliyi sistemi


İnformasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi istiqamətində milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ümumi istifadəli rabitə və informasiya texnologiyaları şəbəkələrinə qoşulma imkanları yaxşılaşdırılır. Həmçinin yeni texnika və texnologiyalar vasitəsilə radio-televiziya yayımı və peyk rabitəsi xidmətlərinin keyfiyyəti yaxşılaşdırılır. Eyni zamanda, dövlət, ictimai və sahə informasiya resurslarının formalaşdırılması, informasiya sistemləri və şəbəkələrinin yaradılması məqsədilə regional informasiya mərkəzləri fəaliyyətə başlayıb, habelə informasiya cəmiyyətinin qurulması sahəsində fundamental və tətbiqi elmi tədqiqatların aparılması dəstəklənir. Rabitə və informasiya texnologiyaları sahəsində dövlət tənzimləməsini təkmilləşdirmək üçün bu sahədə standartlaşdırma, sertifikatlaşdırma, radiotezlik və nömrələnmə ehtiyatlarının tənzimlənməsi beynəlxalq standartlara uyğun olaraq təşkil edilir. Burada əhalinin, xüsusilə kənd yerlərində, informasiya və kommunikasiya xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə poçt xidmətlərinin modernləşdirilməsi və bu sahədə yeni xidmət növlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.
Bu sahədə əsas prioritet istiqamət gənclərin hərtərəfli inkişafını təmin edə bilən münasib şəraitin yaradılması və gənclərin üzləşdiyi problemlərin həlli istiqamətində daha konkret addımların atılmasıdır. Bu sahə ilə əlaqəli olan bir sıra məsələlərə digər sektorlarda da toxunulmuşdur. Buna misal olaraq, iqtisadi inkişaf (yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və gənc ailələrə ipoteka kreditlərinin ayrılması), səhiyyə (sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumatlandırma), təhsil (bərabər təhsil imkanları), sosial müdafiə (gənclərin, xüsusilə həssas qrupların, o cümlədən əlil gənclərin sosial müdafiəsi) və məşğulluq (gənclərin məşğulluğuna yardım) sektorlarını misal göstərmək olar.

Gənclər arasında sağlam
həyat tərzinin təşviq edilməsi


Bu istiqamətdə narkomanlığın və digər neqativ halların profilaktikası məqsədilə maarifləndirmənin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi istiqamətində dövlət gənclər siyasətinin əsas sahələri üzrə proqram və layihələr həyata keçiriləcək, gənclərlə bağlı qəzet və jurnalların nəşri genişləndiriləcək, gənclərlə bağlı aktual məsələlər üzrə televiziya və radio verilişləri proqramlarının hazırlanması dəstəklənəcək, eləcə də gənclərin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “gənc liderlər” proqramı həyata keçiriləcəkdir.

Gənclərin vətənpərvərlik tərbiyəsi
işinin gücləndirilməsi


Bu istiqamətdə elm, təhsil, mədəniyyət, incəsənət və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş istedadlı gənclər üçün Dövlət Gənclər Mükafatı təsis ediləcək, orta məktəb  şagirdləri arasında  “Şahin” və “Cəsurlar” hərbi-idman oyunları, həmçinin "Vətənin müdafiəsinə hazıram!" çoxnövçülük yarışları təşkil edilib və bu məqsədlə şəhər və rayonlarda təhsil müəssisələrinin bazasından istifadə etməklə təlim-məşq mərkəzləri yaradılıb, məktəblər müvafiq təlim silahları və digər zəruri əyani vəsaitlərlə təmin edilib, eləcə də çağırışaqədərki hazırlıq fənni təkmilləşdirilib.
Uşaq siyasətinin gücləndirilməsi istiqamətində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına uyğun olaraq, Uşaq Hüquqları üzrə Milli Fəaliyyət Planı həyata keçirilir, uşaq məsələləri ilə məşğul olan təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Əlaqələndirmə Şurası yaradılib, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq sənədlərə və beynəlxalq təcrübəyə, həmçinin mövcud qanunvericiliyə dair əhali arasında maarifləndirmə genişləndirilib.

"Xalq kompüteri" layihəsi nə verdi?


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP, Microsoft və Bestcomp Group şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar. Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlə və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
- Kompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin olaraq 2009-cu ilin aprelində başlayan və 4 ay müddəti əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində yalnız orta məktəb müəllimləri kompüterlər əldə etmişlər.
30 iyun 2010-cu il tarixindən isə “Xalq Kompüter” layihəsinin ikinci mərhələsinə start verildi! İmzalanmış razılaşmanın şərtlərinə əsasən, "Xalq Kompüteri" layihəsi çərçivəsində müəllimlərdən başqa orta məktəb şagirdləri və ali təhsil müəssisələrinin müəllim və tələbələri də kompüter və lisenziyalı proqram təminatını almaq imkanı əldə etmişdilər.
Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunur. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu Təhsil Nazirliyi və Microsoft korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər verilir.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" Dövlət Müəssisəsi və HP-nin və Microsoft-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-5588.html