Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İKT-nin təhsil sisteminə inteqrasiyası
07.11.11 21:05

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasında əsas məsuliyyət muəllimin üzərinə düşür. Dövlət bu gün bütün məktəbləri kompüterlərlə təmin edə bilər, təhsil şəbəkəsi, ən müasir elektron tədris vəsaitləri yarada bilər. Lakin bütün bu alətlərdən istifadə edə bilən muəllimlərimiz olmasa, təhsilin informasiyalaşdırılmasının səmərəsi də olmaz. Buna gürə İKT-ni tətbiq etməyi bacaran muəllimi təhsil sisteminin informasiyalaşdırılmasının "ürəyi" hesab etmək olar. Əlbəttə, muəllimin təhsildə əhəmiyyəti, onsuz da, olduqca mühümdür. Çünki məhz bu peşənin sahibləri yetişən nəsilə bilik verməklə xalqımızın savadlılığının artırılması üzrə gündəlik vəzifələrini yerinə yetirirlər. Məqsəd muəllimlərə bu vəzifələrini daha səmərəli yerinə yetirmək üçün effektiv vasitə təqdim etməkdir.
İnformasiya texnologiyaları isə məhz həmin effektiv alətdir. Yeni texnologiyalar vasitəsilə muəllimlərimiz tədris metodlarını daha da təkmilləşdirmək imkanı əldə etməklə Azərbaycan üçün "XXI əsr bacarıqları"na malik yeni nəsil yetişdirə bilərlər.
Muəllimlərlə aparılan təlimlərin əsas məqsədi onlara texnologiyalardan səmərəli istifadə etməklə müasir təlim metodlarına yiyələnmək və bu metodları öz dərslərində tətbiq etməkdir.
Muəllimlər üçün təlimlərin ilkin mərhələsində bu sahədə təcrübəsi olan ökələrdən təcrübəli mütəxəssislər Azərbaycana dəvət olunmuş, təlimlərin keçirilməsi üçün təlimçi heyətinin hazırlanmasında iştirak etmişlər. İlkin təlim mərhələsindən keçmiş təlimçi heyəti daha çox
təlimçi hazırlanmasına nail olmuşdur. Hazırda respublikada İKT sahəsində 200-ə yaxın təlimçi hazırlanmışdır.
Proqram cərçivəsində keçirilən treninqlərin əsas məqsədi gündəlik pedaqoji fəaliyyətdə kompüterdən, proqram təminatından, müxtəlif multimedia avadanlıqlarından istifadə etməklə tədrisi daha effektiv qurmaqdır. Onu da qeyd edək ki, keçirilən treninqlərdə muəllimlərin əldə etdiyi bacarıqlar beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, 2009-cu ilin martında Vyanada keçirilən innovativ muəllimlərin Avropa forumunda ilk dəfə iştirak edən Azərbaycan muəllimlərinin layihələri 60 layihə arasında ilk onluğa daxil olmuşdur. Həmin forumda əldə edilmiş razılığa əsasən, 2009-2010-cu tədris ilində Azərbaycan layihələri Bolqarıstan və Xorvatiyanın ümumtəhsil məktəblərində istifadə olunacaqdır.
Hazırda Düvlət Proqramı cərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbin bütün muəllimləri İKT-nin tədrisdə tətbiqi üzrə daha təkmil biliklərə yiyələnirlər. Sonrakı mərhələdə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan 200 məktəbin muəllimləri də xüsusi treninqlərdən kecəcəklər.

Təhsil sektorunda İKT-nin praktik tətbiqi


Proqramın əsas məqsədlərindən biri də təhsil sektorunda İKT-nin praktik tətbiqi üzrə alətlər yaratmaq və muəllim kollektivinə həmin alətlərdən gündəlik istifadə üçün biliklər verməkdir. Yalnız informasiya- kommunikasiya texnologiyalarından alət kimi istifadə etməyi bacaran muəllimlər vasitəsilə təhsil sahəsində inkişafa müvəffəq olmaq mümkündür. Bunun üçün isə muəllimlər treninqlər vasitəsilə İKT-nin tədrisdə tətbiqi vərdişlərinə dərindən yiyələnməlidirlər.
Etiraf edək ki, treninqlərdən keçmiş muəllimlər yeni bacarıqları heç də eyni səviyyədə qavramırlar. Treninqlərdən sonra təşkil olunan monitorinqlər muəllimlərin öyrəndiklərini muəyyən etməyə imkan verir. Monitorinqlər onu da göstərir ki, yaşlı muəllimlərin bir hissəsi İKT-nin tətbiqi üzrə bilikləri qavramaqda cətinlik cəkirlər, gənc muəllimlər isə yeni bilikləri daha effektiv mənimsəyirlər. Lakin önəmli bir haldır ki, ümumilikdə muəllimlər İKT sahəsində bacarıqlarını artırmağa çalışırlar. Çünki müasir düvrdə istisnasız olaraq bütün muəllimlərin həmin bacarıqlara yiyələnməsi tələb olunur.
Onu da qeyd edək ki, İKT üzrə treninqlərə daha geniş muəllim kütləsinin cəlb olunmasından sonra bir sıra problemlər müşahidə olunur. Belə ki, Dövlət Proqramı cərçivəsində indiyədək təlim keçmiş muəllimlərin əsas hissəsi ilkin kompüter bacarıqlarına malik idi və
onlarla keçirilən treninqlərdən sonra irəliləyiş hiss olunurdu. Hazırda treninqlərə daha çox regionlardakı məktəblərin muəllimləri cəlb edilir və onların ümumi kompüter hazırlığı olmadığından treninqlərin effektivlik səviyyəsi aşağı olur.
Bundan əlavə, treninq keçmiş muəllimlərin xüsusi imtahandan keçərək
sertifikatlaşdırılması məsələsini də müzakirə edilir. 
Dünya təcrübəsi güstərir ki, muəyyən treninqlərdə iştirak etmiş və informasiya texnologiyalarını uğurla tətbiq edən muəllimlər öz əməyi müqabilində daha yüksək məvacib alırlar. Ona gürə də gələcəkdə belə muəllimlər üçün maliyyə motivasiyasının da tətbiq olunması istisna olunmur. Ümumiyyətlə, muəllimləri informasiya texnologiyalarına daha da yaxın etmək üçün digər layihələr də həyata keçirilməkdədir. Bunlar sırasında Təhsil Naçirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "HP" və "Microsoft" şirkətlərinin birgə həyata keçirdiyi "Xalq
kompüteri" layihəsi mərkəzi yer tutur. Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/article/a-5587.html