Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Baş nazir Ərdoğan Baydenlə danışıb
07.01.12 02:24

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Cozef Baydenlə telefonla danışıb. Telefon söhbətində xüsusilə ABŞ əsgərlərinin İraqdan çəkilməsindən sonra bu ölkədə baş verən proseslər müzakirə edilib. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər İraqdakı mövcud xaos atmosferinin narahatlıq doğurduğunu qeyd ediblər.
Baş nazir Ərdoğan Baydenə İraqda demokratiya mədəniyyətindən uzaqlaşılarsa, bu ölkənin ərazi bütövlüyü, sülh və sabitliyi üçün keçmişdə göstərilən səylərin heç bir mənasının qalmayacağı mesajını çatdırıb. Söhbət zamanı avtoritar və məzhəbçi siyasətin İraqa heç bir faydasının olmayacağı vurğulanıb.
Tərəflər İraqdakı proseslərlə bağlı Türkiyə və Amerikanın qarşıdakı mərhələdə də dialoq və məsləhətləşmə içərisində olmasının əhəmiyyətini qeyd ediblər.
URL / WWW
http://kelam.az/article/a-5582.html