Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Dağlıq Qarabağa şərti bir status vermək lazımdır”
06.01.12 19:24

“Biz bütün dünyaya Dağlıq Qarabağın Azərbaycanın olması həqiqətini çatdırırıq və ölkəmizin xəritəsində bu həqiqəti göstəririk. Ona görə də hesab edirəm yaxın gələcəkdə bu amil Azərbaycanın maliyyə sənədlərində də öz əksini tapmalıdır. Yəni büdcə müzakirələrində də qeyd elədiyim kimi müxtəlif regionlarımızın adına maliyyə vəsaiti ayrılarkən hazırda işğal altında olmasına baxmayaraq, Dağlıq Qarabağ da nəzərdə tutulmalıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib.
Onun fikrincə, bu, həm də Azərbaycanın siyasi manevr müstəvisi üçün çox gərəklidir və Dağlıq Qarabağa şərti bir status vermək, onun hökumətin bütün siyasətində nəzərə alınması lazımdır. “Burada söhbət ondan getmir ki, biz işğal gerçəkliyini unuduruq, Dağlıq Qarabağ ermənilərinin cinayət əməllərinin ört-basdır edirik və sair. Burada məsələ başlıca olaraq ondan ibarətdir ki, Ermənistanın Azərbaycana təcavüzünün ortada olmasına baxmayaraq, bu prosesdə iştirak etmiş Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olmalarını ifadə edirik. Əlbəttə bu ayrı söhbətin mövzusudur ki, onlar hansı məsuliyyəti daşıyırlar, separatizmdə iştirak etməklə onların əməllərinə gələcəkdə hansı qiymətlər veriləcək. Lakin bu torpaqların Azərbaycanın olması fikri dəyişmir”,-deyə Z.Oruc vurğulayıb.
Maliyyənin hansı formada ayrılmasına toxunan millət vəkili deyib ki, bunu məsələn, Xankəndinin bərpası, onun infrastrukturunun yenidən qurulması, işğalın vurduğu ağır nəticələrin ortadan götürülməsi xərcləri kimi də ifadə etmək olar. “Yəni, yarımbəndlərdə təyinat dəqiq göstərilə bilər. Ancaq başlıca olaraq ölkə xərclərində Dağlıq Qarabağı göstərməliyik”,-deyə o, əlavə edib. Z.Oruc deyib ki, bu, eyni zamanda Azərbaycan Konstitusiyasının tələbidir.
URL / WWW
http://kelam.az/article/a-5581.html