Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı faciəsinin Belçika parlamentində qaldırılması üzrə birgə iş aparılır
07.01.12 02:24

Bu gün Milli Məclisdə Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun belçikalı rəhbəri Filip Blanşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qonaqlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, 20 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Z.Əsgərov Ermənistanın Azərbaycan ərazilərində etnik təmizləmə apardığını vurğulayıb. O, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamənin qəbul olunduğunu, lakin bunların heç birinin icra edilmədiyini bildirib. “Belçika parlamenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsini öz iclaslarında qaldırsa, Avropanın ikili standartlardan uzaqlaşdığını deyə bilərik” - deyə Z.Əsgərov vurğulayıb.
Görüşdə Filip Blanşarla, həmçinin Azərbaycan-Belçika münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra keçirilən brifinqdə Blanşar görüşün əhəmiyyətindən danışıb. O, yanvarın 7-də Azərbaycanın əyalətlərinə səfər edəcəyini, məcburi köçkünlərlə və onların problemləri ilə məşğul olan qurumların nümayəndələri ilə görüşəcəyini bildirib. Səfərin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasıdır.
Azərbaycan-Belçika Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Elxan Süleymanov brifinqdə deyib ki, iki ölkə parlamentinin birgə işçi qrupu Azərbaycan haqda məlumatların Belçika televiziyasında yayılması, Azərbaycan və Belçika universitetləri arasında tələbə mübadiləsinin aparılması, Belçikanın Thun və Azərbaycanın Şamaxı şəhərlərinin qardaşlaşması və bu çərçivədə Thun şəhərində Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılması, həmçinin Xocalı faciəsinin Belçika parlamentində qaldırılması üzrə birgə iş aparırlar.
URL / WWW
http://kelam.az/article/a-5580.html