Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Gender - hüquq bərabərliyi deməkdir
23.11.11 18:06

Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb. Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan və şərait var. Qanunvericilik baxımından da Azərbaycan qadınının geniş fəaliyyəti üçün lazım olan hüquqi baza formalaşdırılıb.


Qadınların rolu artmağa doğru gedir

1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Həmin ildən başlayaraq dövlət qadın siyasəti, qadınların fəallığının artırılması ilə bağlı ölkə prezidentinin fərman və sərəncamları olub, 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul olunub. Eyni zamanda, həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə dövlətimizin xüsusi diqqətinin nümunəsidir. Ümumiyyətlə, Konstitusiyamızda və digər qanunlarda gender məsələləri nəzərə alınıb. Yəni, qadınların hüquq bərabərliyi təsbit olunub. Hakimiyyətin hər üç qoluna - istər icra hakimiyyəti orqanlarında, istər qanunvericilik orqanında, istərsə də məhkəmə sisteminə baxsaq görərik ki, qadınların rolu artmağa doğru gedir. Bir neçə il öncə rayon icra hakimiyyətlərində cəmi bir neçə yüksək vəzifəli qadın çalışırdısa, hazırda 30-dək rayonda qadınlar icra başçılarının müavini səviyyəsində təmsil olunur. Bu artıq müsbət göstəricidir. Bəzən belə bir fikir də deyilir ki, qadın olduğuna görə kimsə irəli çəkilməlidir. Dövlət gender məsələsini nəzərə alırsa, bu o demək deyil ki, qadınlara üstünlük verilməlidir.
Gender hüquq bərabərliyi deməkdir, yəni qadınların statusunu daha yüksək tutmur. Qadınlığına görə, kiməsə üstünlük verilsə, bu kişilərin hüquqlarının pozulması olardı. Bu gün biz hüquqi dövlətdə, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər kiminsə bacarığı varsa, öz imkanlarını göstərə bilirsə, təbii ki, irəli çəkiləcək. Bu baxımdan da əgər belə bir sual olsa ki, Azərbaycan qadını fəaldırmı, o zaman söyləmək olar ki, bəli, fəaldır. Amma müəyyən problemlər var. Biz tez-tez müxtəlif bölgələrdə oluruq, qadınlarla görüşürük, görürük ki, bir çox qadınlar hətta öz hüquqlarını belə bilmirlər. Ona görə də bu gün Dövlət Komitəsinin əsas prioritet istiqamətlərindən biri məhz qadınların maarifləndirilməsi ilə bağlıdır.

Məişət zorakılığı hallları


Hər bir cəmiyyətdə ailə cəmiyyətin əsasını təşkil edir. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və sair kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb. Amma əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı hallları da mövcuddur. Azərbaycan ailəsində erkən nigah problemi var. Dövlət bu məsələlərlə bağlı araşdırmalar aparır. Erkən nigahlar da təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nigahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur.

Ailədə qan qohumluğu problemi


Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da təəssüflər olsun ağrılı problem kimi qalır. Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Buna görə də dövlətin buna kənarda durub baxmağa haqqı yoxdur. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər. Ona görə də dövlət bu məsələni tənzimləməlidir.


Elvin Xəzər
URL / WWW
http://kelam.az/article/a-5572.html