Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ANAMA dekabr ayında 3,582,751 kv/m ərazini mina və PHS-dən təmizləyib
08.01.10 02:53

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2009-cu ilin dekabr ayı ərzində 3,582,751 kv/m ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ümumilikdə ay ərzində 45,524 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ANAMA-nın mətbuat xidmətindən veriblər. Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 121,903,509 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 576,311-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.Qeyd edək ki, 2009-cu ilin dekabr ayı ərzində 2 mina PHS hadisəsi qeydə alınıb. Ümumilikdə keçən ildə mina/PHS partlayışları ilə bağlı 16 hadisə qeydə alınıb, nəticədə 18 nəfər zərər çəkib, 4 nəfər həlak olub.
URL / WWW
http://kelam.az/article/a-557.html