Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kəndlərdə genişzolaqlı internetin istifadəsi ilə bağlı layihənin icrasına başlanılıb
05.01.12 20:48

“Aztelekom” İstehsalat Birliyi (İB) bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün nəzərdə tutulan layihənin icrasına başlayıb. “KƏLAMİNFO” quruma istinadən xəbər verir ki, layihə üzrə 25 rayonun 236 kəndi 1400 kilometr optik kabel çəkilməklə 25 min internet portu ilə təmin ediləcək.
Artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə başlanılıb. Kəndlərin yüksək keyfiyyətli optik kabellərlə təmin edilməsi ilə sakinlər telefonla yanaşı, bütün multimedia xidmətlərindən istifadə edə biləcəklər.
Qeyd edək ki, layihənin həyata keçirilməsi ilə əlaqədar “Aztelekom” İB-in elan etdiyi tenderin qalibi “Huawei” şirkətidir.
URL / WWW
http://kelam.az/article/a-5565.html