Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “MDB baş tutmayan plandır”
06.01.12 03:48

“Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) mövcudluğu yalnız kağız üzərində qalıb, yox dərəcəsindədir. Hələ Sovet İttifaqı dağılan vaxt bu təşkilat yaranarkən Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin hesablayırdı ki, MDB bütün bu respublikaları yenə də Rusiyanın malikanəsi kimi saxlayacaq və onlar Rusiyanın tərkibinə daxil olacaqlar. Amma bu, baş vermədi və proseslər əksinə istiqamət aldı”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə vurğulayıb.
Politoloq qeyd edib ki, hazırda bütün MDB ölkələrinin Qərblə istisnasız əlaqələri var və bu əlaqələrin sonu MDB kimi təşkilatın konsepsiyasının gələcək taleyi üçün yaxşı heç nə vəd eləmir. “Bu gün MDB-nin başında duran Rusiyada vəziyyət çox pisdir, proseslər qarışıqdır. Bəlli deyil ki, orada bu il hakimiyyət dəyişəcək və yaxud da dəyişəcəksə, necə dəyişəcək. Ona görə indi MDB haqqında danışmaq xüsusilə yersizdir. Çünki, MDB baş tutmayan plandır”,-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, təşkilatın təsisçiləri NATO-nun əleyhinə blok yaratmaq istəyiblər, amma bacarmayıblar. “Yəni NATO hara, bizim keçmiş sovet respublikaları hara?.. Müqayisəyə gəlməzdir. MDB-də bir Rusiya özüdür, onun da ordusu acınacaqlı vəziyyətdədir. O səbəbə görə də ortada nə MDB var, nə də hərbi blok. Mən hesab edirəm ki, Rusiya siyasi cəhətdən müflis vəziyyətindədir, yaxın gələcəkdə şimaldan yaxşı heç nə gözlənilmir”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5564.html