Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Akademik Ramiz Mehdiyevin məqaləsi ilə bağlı vəzifələr və poroblemlərə həsr olunan tədbir keçirildi
08.01.10 02:50

Bu gün Azərbayacan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunda tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, institunun direktoru, professor İlham Məmədzadə bildirib ki, tədbir Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi ilə bağlı vəzifələr və poroblemlərə həsr olunub. Azərbaycançılıq idelogiyasının inkişaf etdirilməsi və bu istiqamətdəki problemlərdən bəhs edən İ.Məmmədzadə qeyd edib ki, bununla bağlı çoxsaylı yazılar olmasına baxmayaraq, hələlik milli ideologiyada modernləşmə həddi bir qədər ləng gedir. İdeologiyanın fəlsəfi tərəfində əsasən ümumiliyin üstünlük təşkil etdiyini vurğulayan İ.Məmmədzadə ümilikdən konkretlik və reallığa doğru addımlamağın zəruri olduğunu söyləyib. O, bu işlərdə institutun şöbə müdirlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. İ.Məmmədzadə şöbə müdirlərinə lazımi təkliflərin hazırlanması və zəruri işlərin görülməsini tapşırıb. Onun sözlərinə görə, şöbələrdə işgüzarlıq və tələbkarlıq artırılmalıdır. Elmi məqalələrin keyfiyyətinin daha da artırılmasının zəruriliyindən danışan direktor rəhbərlik etdiyi institutun beynəlaxalq səviyyəli jurnalının olması təklifi ilə də çıxış edib. AMEA-nın İqtisadiyyat İnstitutun direktoru İsa Alıyev isə bildirib ki, fəlsəfə iqtisadiyyatla bağlıdır və bu elmlər arasında əlaqələrin qurulması vacibdir. Onun sözlərinə görə, iki elm birlikdə arada olan ziddiyətli məqamları araşdırmalı və reallıqları vaxtında ortaya qoymalıdır. O, elmdə yaşlaşma və elmdən uzaqlaşma məsələlərinin də mövcudluğunu söyləyib. Elmə təsadüfü gələnlərin araşdırılması və bu barədə tədbir görülməsini vacib sayan institutun Sosiologiya şöbəsinin müdiri Rəfiqə Əzimova qeyd edib ki, dissertantlar və aspirantlar instituta hazırlıqlı gəlmirlər.
URL / WWW
http://kelam.az/article/a-556.html