Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Kəbə örtüyü necə dəyişdirilir?
05.01.12 20:11

Kəbə örtüyünün tarixi Həzrəti İsmayılın dövrünə gedib çıxır. Din alimlərinin dediyinə görə, ilk dəfə Kəbə üzərinə pərdə salınması təklifi Həzrəti İsmayılın həyat yoldaşından gəlib. Və ilkin planda örtük yalnız Kəbənin qapısı üçün nəzərdə tutulubmuş.
QMİ-nin Şəriət və fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə: “Birinci dəfə onun qapı hissəsinə örtük örtüblər. Sonra Həzrət İsmayıl deyib ki, nə gözəl olar ki, bunun divarına da örtük örtək ki, bu görünməsin. Yəni bir az bunun vəziyyətini gözəlləşdirək. Çoxlu öz qəbiləsindən yun istehsal elədilər və verdilər onun üçün xüsusi adamlar parça toxudular”. Həmin parça Kəbənin yalnız 3 hissəsini örtə bilib. Bir hissə isə çılpaq qalıb. Dövrünün rəsmiləri açıq qalan hissəni bir müddət həsirlə örtüblər. Lakin illər keçdikcə Kəbənin örtüyü də dəyişdirilib. Sonradan onun tikilişində hətta qızıl məmulatlarından da istifadə olunub. Ümumiyyətlə Səudiyyə Krallığı Kəbə ilə bağlı bir çox məqamları gizli saxlamağa çalışır. Məsələn Kəbənin yuyulması, onun örtüyünün dəyişdirilməsi elə bir zamanda aparılır ki, insanlar onu görə bilmirlər. Və bu işin görülməsi üçün kralın xüsusi fərmanı da olur. Amma bəzən İlahi, seçilmiş insanlarına bu anı görməyi nəsib edir. Onlardan biri də həmyerlimiz Hacı Mirəziz Seyidzadədir.
QMİ-nin şəriət və fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə məqsədinin möminlərdə azacıq da olsa anlayış yaratmaq olduğunu deyib: “Bizə nəsib oldu ki, biz bu gözəl günündə - Ərəfa günündə Kəbənin örtüyünün dəyişməsinin şahidi olduq. Ümidvarıq ki, nə qədər müyəssər olsaq da biz həvəskar bir çəkiliş aparırıq. Ümidvarıq inşallah hacılara bu barədə anlayış verə bilərik ki, biz bu gözəl məqamda müsəlmanlar üçün dua elədik”.
Kəbə örtüyünü hazırlamaq üçün Səudiyyə Ərəbistanında xüsusi fabrik qurulub. Bu fabrikdə ildə sadəcə bir örtük hazırlanır. Pərdə bir ilə tikilir. 120 nəfərin əl ilə hazırladığı pərdə illər sonra belə yararlılığını itirmir. 670 kq-lıq ipək sapla toxunan parçaya 150 kiloqram qızıl da qatılır. Qızıl xüsusən Quran ayələrinin yazılmasında istifadə olunur. Kəbənin örtüyü 16 hissədən ibarətdir. Qapı isə 5 parçadan ibarət olur. toplam olaraq 658 metr olan örtük 14 metr uzunluğunda, 101 sm isə enindədir. Hər il yenilənir, əvvəlki örtük isə sərgiyə verilir.
Səudiyyə Kralının əmrinə görə, pərdənin dəyişdirlməsi üçün ən münasib an seçilir. Yəni müqəddəs torpaqda olan insanlar Ərəfat dağında olan zaman örtüyün dəyişdirlməsi münasib sayılır. Çünki, bu zaman Kəbə ətrafında insanlar az həm də Ərəfatdan gələn zəvvarlar üçün Kəbə tam hazır olur. Bizim Hacı də həmin anda Kəbə ətrafında olub.
Mirəziz Seyidzadə: “Yavaş-yavaş gördük xırda maşınlar daxil olur Kəbənin həyətinə. Bunlar kran rolunu oynayırlar. Görüntüdə görürsüz, gördüm 5-6 nəfər onun üstünə çıxdılar və onları Kəbənin üstünə qaldırdılar. Sonra ikinci dəstəni qaldırdılar və hazırlıqlar getdi və təzə pərdəni gətirdilər onu da qaldırdılar”.
Örtük Kəbənin üzərinə bağlı formada qaldırılır. Amma bu zaman da çox diqqətlə davranırlar. Yəni sanki Kəbənin divarlarının görünməzliyini təşkil edirlər və bununla da Kəbənin həyasını qoruyurlar. Bunun üçün məsuliyyətli şəxslər əvvəlcə yeni örtüyü çəkir, tam hazır olandan sonra isə əvvəlki örtük yerə buraxılır.
Müqəddəs örtükdən orada olanlara kiçik bir hissə paylanacağını ümid etdiyini deyən Mirəziz Seyidzadə bunun baş vermədiyini təəssüflə bildirir: “Biz çox gözləyirdik ki, eşitmişdim orda müəyyən iştirak edənlərə xırda hissələr verilir. Amma gördüm ki, yox belə olmadı. Onu bükdülər tez də apardılar. Sonralar onların öz krallığı müəyyən böyük şəxsiyyətlərə hədiyyə verirlər hissəciklərindən”.
Beləliklə, bizim Hacının Kəbə tarixində hər il təkrarlanan, nadir zəvvarların şahid olduğu hadisəni izləməsi bizə də sox şeyləri öyrətdi. Ən azından görüntüdə də olsa müqəddəs torpağda baş verən anı gördük və sizə göstərdik, belə demək mümkünsə virtual ziyarət təşkil etdik. Allah qəbul eləsin!
URL / WWW
http://kelam.az/article/a-5553.html