Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Respondentlərin yalnız 35% pensiyaların məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu deyib
07.01.10 03:48

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Sorğu zamanı respondentlərə “Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi” sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin 33,6%-i bu suala “xeyr”, 31,5%-i isə “bu barədə məlumatım yoxdur” cavabını veriblər. Sorğuya qatılanların 34,9% isə fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini vurğulayıb. Sorğunun nəticələri göstərir ki, respondentlərin ümumilikdə 65,1% pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatsızdır. Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.
URL / WWW
http://kelam.az/article/a-555.html