Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər”
30.12.11 03:58

“Rusiya ilə hazırkı danışıqlar əsnasında əgər Qəbələdə qurulacaq yeni stansiyanın informativ və təhlükəsizlik funksiyası üçün regionda təzə şərait yaranarsa, bu, mütləq parlamentdə geniş müzakirə olunacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat deyib ki, bütün hallarda Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən möhkəmlənməsinə qarşıdır. “RLS ilə bağlı indiyə qədər danışıqlar onun icarə müddətinin uzadılmasından gedirdi. Lakin danışıqların indiki predmeti isə tamamilə yeni müstəvi yaradır və bu açıq şəkildə ona işarə ola bilər ki, Rusiya Azərbaycanın bir ərazisində hərbi bazasını yerləşdirməkdə maraqlıdır. Əlbəttə ki, gələcəkdə iki ölkə arasında hər hansı bir siyasi anlaşmanın detalı kimi bunu mümkün də saymaq olar. Yəni Qarabağ məsələsi, gələcək danışıqlar, Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər. Lakin əgər Rusiya Qafqazda öz pəncəsini Ermənistandakı bazadan, Gürcüstanda işğal olunmuş regionlardan, Qarabağda da müəyyən hərbi formada iştirakdan sonra bir az da irəli gedərək Azərbaycanın başqa ərazilərində də möhkəmlənmək istəyirsə, bu bizim hərbi siyasi maraqlarımıza qəti olaraq zidd olacaq”,-deyə Z.Oruc vurğulayıb. Millət vəkili deyib ki, bu kimi məsələlərdə Azərbaycan indiyə qədər neytrallığını bəyan edərək, eləcə də balans siyasətinə üstünlük verdiyini deyərək öz təhlükəsizliyini də qoruyub, müstəqillik meydanını da genişləndirib.
URL / WWW
http://kelam.az/article/a-5545.html