Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Çin şirkəti internetə çıxış imkanı olan televizorlar istehsal edəcək
29.12.11 05:13

Çinin “Lenovo” şirkəti yanvarın əvvəlində Las-Veqasda baş tutacaq “CES-2012” beynəlxalq istehlak elektronikası sərgisində təqdim edilməsi nəzərdə tutulan bəzi yeniliklər barədə məlumat verib. “KƏLAMİNFO” xəbər verir ki, kompüter istehsalçısı internetə çıxışa malik “ağıllı” (“Smart TV” – internetin müasir televizorlarla inteqrasiyası, eləcə də kompüter və televizorlar arasında texnoloji əlaqə) televizorların buraxılmasını təsdiq edib. “LeTV” adlandırılacaq televizorları əvvəl Çin bazarında almaq mümkün olacaq. Televizorun buraxılması ilə paralel olaraq şirkət mobil qurğu sahiblərinə internet-kontentdən kollektiv şəkildə istifadə etmək, eləcə də istifadəçilərə öz məlumatlarını asanlıqla idarə etmək və sosial şəbəkələrdən yararlanmaq imkanı verəcək bulud servisini də (“Apple iCloud”un analoqu) işə salmağa hazırlaşır. “Lenovo”nun bulud servisi bütün qoşulmuş qurğulardan məlumatları avtomatik sinxronlaşdıracaq, istifadəçilərə isə məlumatların saxlanılması üçün 200 giqabayt ayrılacaq. Müqayisə üçün qeyd edək ki, “Apple” şirkəti 5 giqabayt təqdim edir.
URL / WWW
http://kelam.az/article/a-5540.html