Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın Şəki Regional Bölməsində elmi-metodiki seminarlar keçiriləcək
07.01.10 03:48

Yanvarın 9-10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Şəki Regional Bölməsində Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarlarda xüsusi internet proqramlarının təbiqi ilə iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə Komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilən test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar. Qeyd edək ki, TQDK-nın Şəki Regional Bölməsində keçiriləcək seminarların qrafiki, gündəliyi komissiyanın rəsmi internet saytında yerləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-554.html