Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə fransız mallarına embarqo qoymayacaq
27.12.11 17:15

Türkiyə fransız mallarına qarşı embarqo qoymayacaq. Bu sözləri Səudiyyə Ərəbistanına səfər edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bəyan edib. Bununla da o, Fransanın boykot edilməsi mövzusu ilə bağlı mübahisələrə bir növ nöqtə qoymuş olub. «KƏLAMİNFO» «Hürriyyət» qəzetinə istinadən yazır ki, rəsmi Ankara Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi ilə bağlı maliyyə itkilərinə yol verilməsini istəmir. Qəzet yazır ki, nazirin sözlərindən bu qənaətə gəlmək olar. «Hər hansı bir embarqo və yaxud ticarət münasibətlərinin kəsilməsindən söhbət gedə bilməz. Ölkədə çox iri fransız investisiyaları var. Hər zaman bizim ölkəmizə inanan və investisiya qoyanlara xoş gəlsin deyirik. Əgər yeni fransız investorlar gəlsə, onlara da xoş rəftar olacaq» - deyə o bildirib. Fransa bu ölkədə elektron, əczaçılıq, avtomobil sənayelərinə investisiyalar yatırıb. 500 ən iri türk kompaniyasının altısı fransız kapitalı üzərində qurulub.
URL / WWW
http://kelam.az/article/a-5538.html