Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı politoloq: “Bu gün Rusiya Qafqaz üçün daha təhlükəsiz görünür”
27.12.11 17:15

“Bu gün özünün daxili strukturlarına nəzarət etmək iqtidarında olan, bir mərkəzdən idarə olunan Rusiya Qafqaz üçün daha təhlükəsiz görünür”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O, qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra keçən dövr ərzində onun varisi olan Rusiya kifayət qədər çətin dövrlər yaşayıb və bu müddətdə Qafqazda da vəziyyət xeyli dəyişib. “Bu dövrlərdə erməni-azərbaycanlı müharibələri olub və Azərbaycan böyük itkilər verib. Məsələ də burasındadır ki, bu savaşların hamısının ssenarisi Rusiyada cızılıb. Ona görə də bu gün zəif Rusiyanın Qafqaz, əsasən də Azərbaycan üçün hansı ssenarilərə gətirib çıxara biləcəyini azca da olsa irəlicədən təsəvvür etməyə dəyər. Əsas odur ki, təhlükə hiss olunmur”,-deyə R.Ağayev vurğulayıb. Onun sözlərinə görə, ümumi geostrateji amilləri nəzərə alsaq Azərbaycan üçün perspektivdə zəif yaxud da güclü Rusiyanın daha önəmli olmasını proqnozlaşdırmaq çətindir.
URL / WWW
http://kelam.az/article/a-5536.html